Putini Türkiyəyə gedəcək

  • 14 noy 2017, 09:36

Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putini "Akkuyu” AES-in təməlqoyma mərasiminə dəvət edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ərdoğan Soçidə Putinlə görüşündən sonra deyib.

"Yaxın həftələrdə "Akkuyu” Atom Elektrik Stansiyasının təməlqoyma mərasimini keçirmək niyyətindəyik. Bu mərasimdə cənab Putin ilə birlikdə iştirak etmək istəyirik”, deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti müdafiə sənayesində Rusiya Federasiyası ilə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. Onun sözlərinə görə, Ankara Rusiya ilə ticarət əlaqələrində qalan məhdudiyyətlərin aradan qaldırılmasının tərəfdarıdır.

Ərdoğan həmçinin qeyd edib ki, Astanada aparılan danışıqlar, Suriyada de-eskalasiya zonalarının yaradılması ilə bağlı sazişlər bu ölkədə zorakılığın azaldılmasına önəmli töhfə verib.

Oxşar xəbərlər