Fransa prezidenti Səudiyyə Ərəbistanına səfər edib

  • 10 noy 2017, 07:44

Fransa prezidenti Emmanuel Makron Səudiyyə Ərəbistanına qısa müddətli səfər edib.

"Report" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb. Bildirilir ki, Ər Riyadın beynəlxalq hava limanında Makronu Səudiyyənin varis şahzadəsi Məhəmməd bin Salman qarşılayıb. Məlumata görə, Makron Yəməndən Səudiyyə Ərəbistanına raket atılmasından sonra Ər Riyada gəlmək barədə qərar qəbul edib.

 

Bundan əlavə, bildirilir ki, Fransa prezidenti İran ətrafında yaranmış vəziyyəti müzakirə etmək niyyətindədir.

Oxşar xəbərlər