Əl-Bağdadi İraqdan Suriyaya qaçıb

  • 06 noy 2017, 08:05

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadi hazırda Suriya ərazisindədir.

APA-nın xəbərinə görə, bu barədə Misirin "Addustour” qəzeti İraq kəşfiyyatındakı mənbələrə istinadən məlumat verib.

Məlumata əsasən, noyabrın 4-də Əl-Bağdadi İraqın Rava rayonunu (Ənbər əyaləti) tərk edərək taksi avtomaşını ilə ilə Suriyaya yollanıb. Onun hazırda Deyr ez-Zor şəhəri ətrafında olduğu bildirilir.

Oxşar xəbərlər