Almaniyada II Dünya müharibəsindən qalma bomba tapıldı

  • 06 noy 2017, 08:03

Almaniyanın Bretten şəhərində təqaüdçü həyətində II Dünya müharibəsindən qalma bomba tapılması ilə bağlı polisə müraciət edib.

Axar.az xəbər verir ki, hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları maraqlı mənzərə ilə qarşılaşıb.

Təqaüdçünün bomba sandığı əslində 5 kiloqramlıq iri badımcan olub. Bununla da yerli sakinlərin təxliyəsini nəzərdə tutan əməliyyata ehtiyac qalmayıb. Vətəndaş özü həyətindəki "bomba”nı zərərsizləşdirməyi bacarıb.

Oxşar xəbərlər