İran: ABŞ Suriyanı bölmək istəyir

  • 04 noy 2017, 19:16

ABŞ Suriyanı Fəratın şərq sahili boyunca bölmək istəyir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti söyləyib. Onun sözlərinə görə, Vaşinqtonun bu məsələdə uğur qazanmasına heç vaxt imkan verməyəcəyik.

Qeyd edək ki, İran Suriyadakı savaşda Bəşər Əsəd hökumətini dəstəkləyir. Rəsmi Tehran bundan öncə də dəfələrlə Əsədin hakimiyyətdən devrilməsinə imkan verməyəcəyini açıqlayıb. İran Ali dini lideri Əli Xamenei həmçinin bundan öncə Rusiya Prezidenti Vladimir Putinə ABŞ-ı təcrid etmək üçün iki ölkənin gücünü birləşdirməyi təklif edib.

Demokratik.Az

Oxşar xəbərlər