Saakaşvili gələcək taleyindən narahatdır

  • 29 okt 2017, 09:09

Ukrayna hökuməti məni həbs edərək, Gürcüstana təhvil vermək niyyətindədir.

Bu sözləri Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili şəxsi Feysbuk hesabında yazıb. O bildirib ki, Ukrayna Baş prokuroru Yuri Lutsenko Gürcüstanda onun prezidentliyi dövründən həbsi və ekstradisiya olmağı üçün sənədlərin hazırlanmasına başlayıb:

"Hökumət məni prezident olduğum Gürcüstana təhvil vermək istəyir. Lutsenkonun bu niyyətini başa düşə bilmirəm. Həqiqətən də Lutsenkodan başqa kim ola bilər ki? Axı o, mənim Gürcüstanda rəhbərlik etdiyim dövrü çox yaxşı bilir. Mənim təvazökar əməyimə yüksək qiymət verdiyiniz üçün təşəkkürlər, Yuri Vutalyeviç”, – deyə o, əlavə edib./axar.az/

Demokratik.Az

Oxşar xəbərlər