Bərzani müharibəyə başladı: kürdlər ayağa qalxır

  • 20 okt 2017, 13:13

İşğal etdiyi ərazilərdən bir neçə saat içində qovulan İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani arxa cəbhədə təbliğat müharibəsinə başlayıb.

Bu barədə "Yeni Şəfəq” qəzeti yazıb.

Məlumata görə, Məsud Bərzaninin "yalan maşınları” kürdləri ayağa qaldırmaq üçün ciddi şəkildə çalışır. Bərzani İraq ordusu və Haşdi-Şabinin nəzarəti yenidən bərpa etdiyi ərazilərdə dinc insanların qətlə yetirilməsi və evlərin yağmalanması kimi xəbərlər yaymaqla əhalini mərkəzi hakimiyyətə düşmən mövqedə dayanmağa vadar edir.

İraq hökuməti bölgədə nüfuz sahibi olan Bərzani ailəsinin tabeliyindəki media vasitələrinin rəsmi Bağdada qarşı fəaliyyətinin qarşısını almaq üçün həmin mətbuat orqanlarına qarşı tədbir görməyə başlayıb.

Oxşar xəbərlər