Atambayev üzr istədi: Nazarbayevlə bağlı...

  • 18 okt 2017, 13:44

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ətrafı sərhəd probleminin əsas günahkarıdır.

Demokratik.Az bildirir ki, bunu tələbələrək prezident təqaüdlərinin təqdimatı zamanı Qırğızıstan Prezidenti Almazbek Atambayev söyləyib.

"Qırğızıstanla sərhədin bağlanması Bişkekin Rusiya ilə əlaqəsinin kəsilməsinə hesablanıb. Məncə, Prezident Nazarbayev bunun haqqında heç şübhəyə də sahib deyil. O, əlbəttə, bütün prezidentlər kimi öz ətrafına inanır. Lakin o bilmir ki, ətrafındakı milyarderlər, oliqarxlar Qazaxıstan haqqında yox, öz gələcəkləri barədə düşünürlər. Onların hesabları Qərb banklarında yerləşir. Yəqin mən Prezident Nazarbayev haqqında danışarkən haqlı deyildim. O da mənim kimi sadə adamdır və bəlkə də onun problemləri məndən daha çoxdur. Oliqarxların hədəfləri başqadır. Görünür, Qazaxıstanda kiril əlifbasından latın əlifbasına əbəs yerə keçmək istəmirlər. Bu, Rusiyadan uzaqlaşma deməkdir. Rusiya sərhədində Qazaxıstan hərbçiləri ABŞ dəniz piyadaları ilə birgə təlim aparırlar. Son bir neçə ildə biz görürük ki, Qazaxıstanın fəaliyyəti Avrasiya İttifaqının parçalanmasına yönəlib”, – deyə o bildirib.

Oxşar xəbərlər