Kiyevin küçələrində Saakaşvilinin mitinqinə “hazırlıq” gedir

  • 17 okt 2017, 10:21
Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin mitinqindən öncə Kiyevdə mühafizə gücləndirilib.

Bu barədə Ukrayna KİV məlumat yayıb. 

Deputat Mustafa Nayem də açıqlama verərək Ukrayna Radasının binasının ətrafında mühafizənin gücləndirildiyini bildirib. Qeyd edib ki, parlament binası ətrafında milli qvardiya və 2 cərgə polis düzülüb

Bundan əlavə, deputat qeyd edib ki, bütün küçə boyu tikanlı məftillər çəkilib: "Yalnız xüsusi ayrılmış yerlərdən Konstitusiya meydanına girməyə icazə var”.

Məlumat üçün bildirək ki, bu gün Kiyevdə Mixail Saakaşvilinin rəhbərliyi altında mitinq keçirilməsi planlaşdırılır. Mitinq  zamanı M.Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkonun impiçmentinə nail olmağı planlaşdırır.
Oxşar xəbərlər