NATO Rusiya sərhədinə 76 ədəd döyüş vertolyotu göndərir

  • 13 okt 2017, 14:20

Noyabr ayında Pentaqon Latviyaya 76 ədəd "Black Hawk”, "Apache”, "Chinook” markalı döyüş vertolyotu göndərmək fikrindədir.

Avropa.info xəbər verir ki, hərbi texnika Texasdan Riqaya dəniz yolu ilə gətiriləcək. Vertolyotların noyabrın əvvəli boşaldılması nəzərdə tutulur.

Göndərilən vertolyotlar arasında müasir rəqəmli idarəetmə sistemli motorla təmin olunmuş "Sikorsky Black Hawk” vertolyotu da var. 12 vertolyot tibbi ehtiyaclar üçün modifikasiya olunub. Bundan əlavə siyahıda 24 ədəd "Apache” zərbə vertolyotu, 12 ədəd "Boeing Chinook” markalı ağır hərbi daşıma vertolyotu qeydə alınıb.

Oxşar xəbərlər