Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:32 - 23.10.2017  
“Ərdoğanın İran səfərinin ciddi nəticələri olacaq”
Tarix: 5-10-2017, 08:22 | Bölmə: Xəbərlər » Dünyada

İraq Kürdüstanına birgə hərbi müdaxilə barədə razılıq əldə edildi

“Ərdoğanın İran səfərinin ciddi nəticələri olacaq”Oktyabrın 4-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana gedib. Türkiyə prezidentini bu səfərdə xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybəkçi, energetika naziri Barat Albayraq, gömrük naziri Bülənt Tüfəngçi, daxili işlər naziri Süleyman Soylu, mədəniyyət naziri Numan Qurtulmuş müşayiət edib.

Prezidentin səfərindən bir neçə gün qabaq Türkiyə ordusunun Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar Tehranda olub və iranlı həmkarı, general-leytenant Məhəmməd Baqiri ilə müzakirələr aparıb. Bu da şəksiz ki, Ərdoğanın səfərinin siyasi sanbalına dəlalət edən olaylardandır.

Diqqətçəkici məqamlardan biri də Ərdoğanın kritik İran səfərinin onun Rusiya lideri Vladimir Putinlə görüşündən cəmi bir həftə sonraya təsadüf eləməsidir. Rusiya mediası Putinin Türkiyəyə səfəri ilə bağlı yazmışdı ki, Kreml başçısı Ankarada Ərdoğanla "saat əqrəblərini tutuşdurub”. Demək, İranla bu mövzunun müzakirəsinin nəticə baxımından daha məhsuldar olması gözləniləndir.

Yayılan məlumatda deyilir ki, Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Həsən Ruhani arasında Tehranda görüş keçirilib. Prezidentlərin görüşündə ilk olaraq Şimali İraq Kürd Muxtariyyətində keçirilən müstəqillik referendumu müzakirə edilib. Müstəqillik elan ediləcəyi halda Türkiyə, İran və İraqın birgə hərbi əməliyyat keçirə biləcəyi bildirilib.

Prezidentlər həmçinin iki ölkə arasındakı ticarət dövriyyəsinin artırılması barədə fikirlər səsləndiriblər. Ərdoğan və Ruhani bölgədə sülhün təmin olunması üçün İraqla Suriyanın ərazi bütövlüyünü dəstəklədiklərini qeyd ediblər.

Ərdoğanın İran səfəri region ölkələrinin hər birində maraqla izlənilir.

Politoloq Qabil Hüseynli "Yeni Müsavat”a şərhində bildirdi ki, Türkiyə prezidentinin İran səfərinin hər iki ölkə və bölgə üçün ciddi təsirləri olacaq. Türkiyə son zamanlar Rusiya ilə münasibətləri ciddi şəkildə qurub. İndi Ankara İranla münasibətləri qaydaya salır. Türkiyə ilə münasibətlərin yaxınlaşması İrana da lazımdır: "Putinin Türkiyə səfərindən az sonra Ərdoğanın İrana səfəri, aparılan müzakirələr üçlü ittifaqın formalaşmasına bənzəyir. Ərdoğanın Tehran səfəri bu ittifaqın formalaşmasına ciddi təsir göstərə bilər. Səfərin ən ciddi nəticəsi də bu ola bilər. Bu üçlü ittifaqın baş tutmasını zəruri edən amillər yetərincədir. Bir sıra cari həll edilməsi təxirəsalınmaz olan məsələlər var, bir də uzunmüddətli əməkdaşlıq məsələləri var. Təxirəsalınmaz məsələlər sırasında ön sırada kürd referendumu ilə bağlı yaranmış vəziyyətdə atılmalı olan addımlar dayanır. Bu məsələnin həll edilməsində Türkiyə və İranın üzərinə böyük vəzifələr düşür. Çünki hər iki ölkə kürd problemi ilə qarşı-qarşıyadır. Əgər onlar hərəkətə gəlməsələr və bu problemin qarşısını birlikdə almasalar, gələcəkdə daha böyük problemlərlə baş-başa qala bilərlər”.

Картинки по запросу Politoloq Qabil Hüseynli

Politoloqun sözlərinə görə, Ərdoğanın səfərinin nəticələrindən biri bu ola bilər ki, Türkiyə ilə İraq birlikdə İraqın müraciəti əsasında Şimali İraq ərazilərinə daxil ola bilər. Türkiyə ilə İran Kürd Muxtariyyətini iqtisadi rıçaqlarla da sıxmaq məsələsində birgə hərəkət edəcəklər: "Kürd Muxtariyyətini taqətdən salma taktikası seçilib. Ərdoğanın Tehran səfərindən sonra bu taktika daha geniş miqyası əhatə edəcək.

Bir sözlə, Türkiyə prezidentinin İrana səfəri birinci növbədə Şimali İraq Kürd Muxtariyyətinin keçirdiyi referendumdan sonra yaranmış vəziyyətə öz təsirini göstərəcək. Artıq razılıq əldə olunub ki, kürdlər müstəqilliklərini rəsmən elan edəcəkləri halda Türkiyə və İran bölgəyə birlikdə hərbi müdaxilə etsin. Səfər artıq ilk gündə bu cür razılaşma ilə nəticələnib".

Q.Hüseynli vurğuladı ki, artıq Türkiyə ilə İran uzunmüddətli strateji əməkdaşlıq yoluna qədəm qoyurlar. Bu strateji əməkdaşlıq geniş hərbi, iqtisadi sahələri əhatə edəcək. Türkiyə ilə İranın strateji əməkdaşlığı Azərbaycanın da xeyrinədir. Bundan gələcəkdə Azərbaycan da öz maraqlarının təmin olunması üçün faydalana bilər.

Etibar SEYİDAĞA

Xəbər 119 dəfə oxunub






Oxşar xəbərlər

“Qarabağ” "Qəbələ"yə uduzdu
Rusiyadakı səfirimiz mükafatlandırıldı
Bürclərə baxaq!: 23 oktyabr
PKK-nın Laçındakı, Kəlbəcərdəki düşərgələri və... professor Nadirov?
Şəhidimiz Saatlıda əfn olunacaq
Obamanın sevgi məktubları üzə çıxdı
Avstriya SOROS Fondunu qadağan edir
General Nəcməddin Sadıqov ABŞ-a getdi
Nazir Gəncədə şikayətçi vətəndaşları qəbul edib
"Avtoşluq" edən helikopter bu anlara səhnə oldu - VİDEO
Bakıda "erməni bayrağı" ilə “Mercedes” sürən kimdir? – FOTO
Putin və Ərdoğan telefonla danışıb
Rusiyada azərbaycanlı həmyerlisinin qətlini sifariş edib
Düşmən cəbhədə atəşkəsi 126 dəfə pozdu
Gürcüstanda seçki günüdür
Azərbaycanın D-8 ölkələri üçün əhəmiyyəti
"İctimai nəqliyyatda yaşlılara yer verməyin" - ?!
Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edildi - (VİDEO)
Şahzadə ilə gecə klubunda tanış olub evləndi
Ayda 50 kilometrlik mağara tapıldı
Bərzani müharibəyə başladı: kürdlər ayağa qalxır
Tünzalə Ağayeva özünə ad günü keçirdi
Putin Rusiyanın əsas səhvini açıqladı
Qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıb
"Azərbaycan bütün öhdəliklərinə çox ciddi yanaşır" - Pərviz Şahbazov
Lənkəranskinin 101 milyon avroluq iki oteli üzə çıxdı
Universitetdə silahlı hücum: 2 tələbə ölüb
Sərxoş müğənni reperə sevgi mesajı yazdı
Putin: “BMT-yə alternativ yoxdur”
Uruqvay da marixuananı leqallaşdırdı
Arif Rəhimzadə danışdı: “Mən müstəqilliyin tərəfdarı olmuşam”
"ELEKTRON İMZA" pulsuz olacaq
Jirinovskinin Qarabağ sayıqlamasıı və Kataloniya
Gürcüstanda azərbaycanlı deputatlığa namizəd güllələnib
Müstəqilliyimizin əleyhinə səs vermiş məmurlar! – Əli Həsənov, Əhməd Əhmədzadə və…
Ərdoğanın baş müşaviri istefa verdi - QARDAŞI FETÖ-çü idi
Oqtay Şirəliyev qrip infeksiyası ilə bağlı əmr verdi
Ağdamın icra başçısı "dələduzluq işi"nə görə məhkəməyə çağırıldı
82 yaşlı «qanuni oğru» cibgirlik edib tutuldu - FOTO
Heydər Əsədov aqrar sektoru belə batırır - şok rəqəmlər
Salvador Dalinin oğurlanmış əsəri tapıldı
Dövlət qeydiyyat nişanlarının standartı açıqlanıb
“İŞİD yeni “11 sentyabr” hazırlayır" - SOS
Qadın cinsi əlaqədə olduğu kişinin DNT-sini daşıyır
Ehtiyatsızlıqdan adam öldürənlərə - yeni cəza
Tacikistanda "GEYPARAD"a qarşı əməliyyat keçirildi
Bərzani açıqladı: "Qazandıqlarımızı qoruyacağıq"
"Qarabağ" Çempionlar Liqasında ilk xalını qazandı
Rusiya və Türkiyə arasında "pomidor razılaşması"
Hamilə qadın metroda doğdu - Video
“Əlimizdən gələni etməliyik ki..." Prezident
“Polis haqqında” qanuna dəyişiklik edildi - SƏRƏNCAM
Azərbaycanla Rusiyanı yeni körpü birləşdirəcək - fotolar
Qlobal dollar ehtiyatlarında qıtlıq riski yaranıb
Şahbaz Quliyev Şuşaya aparıldı
SSRİ-nin süqutundan udan tək ölkə Azərbaycandır – Zatulin
Dəniz Baykal komaya düşüb?
Atambayev üzr istədi: Nazarbayevlə bağlı...
“Qarabağ” “mavi gözlü əzrayıl”a qarşı
Bakı İcra hakimiyyətinin binasına cırıq bayraq asılıb
Polislərə hücum edən şəxslərin cəzası bəlli oldu
Sərkisyanın Cenevrə həyasızlığına 3 qonşudan sərt cavab
Qubad İbadoğlu ADR-in dağılmasıin dağılması xəbərindən danışdı
Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı belə qəbul edilib - VİDEO
18 OKTYABR - AZƏRBAYCAN ÜÇÜN ƏZƏMƏTLİ TARİX
Çin Kommunist Partiyasının 19-cu qurultayı başladı
İŞİD-ə qarşı ABŞ və Rusiya koalisiyası görüşdü
Hövsanda iyrənc əməl: ana 14 yaşlı qızının seks videolarını çəkib...
Çempionlar Liqasında gecənin nəticələri
Venesuela prezidenti kanadalıları "qovur"

Bütün xəbərlər

2017-XORUZ İLİNDƏ NƏLƏR OLACAQ?
love HƏR ŞEY XORUZ KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12696] initstartout [0.00015] initstartin [0.00085] calstart [0.00980] calend [0.00056] topnewsend [0.00450] rsssend [0.00000] ehgend [0.02022] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09018]