Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

13:51 - 23.02.2019  
"Yaxşı, Vladimir, Ukrayna sənin olsun"
Tarix: 6-11-2014, 21:29 | Bölmə: Xəbərlər » Dünyada

"Putin Ukraynayanın NATO-ya daxil olmasına "yox”, Avropa Birliyinə isə "hə” demişdi”
"Cümə günü Brussel günəşli və isti idi. Belə günlər Belçikanın paytaxtında oktyabrda nadir hallarda olur. Havanın xoş olmasına baxmayaraq, Joze Manuel Barrozu çox yorğun görünürdü”, "The Financial Times” qəzetinin yazarı Piter Şpiqel yazır. Qəzet bildirir ki, Avropa Komissiyasının sədrinin bu vəzifədə son gününü izləmək üçün onlara eksklüziv imkan yaradılmışdı. 
"Yaxşı, Vladimir, Ukrayna sənin olsun"
"Avropa Komissiyasını sədrinin əvvəlki gecə işi az qala səhərə qədər davam etmişdi. O, Moskva ilə Kiyev arasında vasitəçi olmuşdu. Sonda anlaşdılar da. Bu qış Rusiya Ukraynaya qaz göndərəcək. Bax elə buna görə də o, yorğun görünürdü. Tərslikdən bu səhər onun mədəsi də ağrıyırdı”, qəzet yazır.

"Dünən mən heç nə yeməmişəm-cənab Barrozu şikayətlənib. – Rus nümayəndə heyəti ilə görüşməliyəm. Görən bizimkilər onlara yeməyə nə hazırlayıb”?

Avropa Komissiyasının yaranmasından 60 ildən artıq vaxt  ötür. Bu orqan Avropa Birliyində rəhbərliyini öz üzərinə götürüb. Və son 10 ildə bu orqana Joze Manuel Barrozunun rəhbərlik etməsi bu təşkilatın tarixində olduqca gərgin və maraqlı məqamlarla yadda qalıb: "Joze Manuel Barrozu sadəcə Avropa Birliyi hökumətinə başçılıq etmədi, o həm də "Şərq tərəfdaşlığı” layihəsinin müəllif oldu. Həmin proqramla keçmiş sovet ölkələrinə yardım edildi, sonda da Ukrayna böhranı ortaya çıxdı”.

"The Financial Times”  Joze Manuel Barrozudan soruşub ki, Avropa Birliyinin Ukrayna ilə assosiativ müqavilə imzalaması "Vaşiqtonda bəziləri tərəfindən Putinin provokasiyası kimi xarakterizə edilib”. Bu qeydə yüksək vəzifədən getməkdə olan portuqaliyalı siyasətçi emosional cavab verib.

"Biz bütün risk məqamlarını göz altına almışdıq. Mən bir neçə dəfə Putinlə söhbət etdim. O, mənə dedi ki, Gömrük İttifaqı və Avrasiya İttifaqı mənim üçün çox önəmlidir. Bu İttifaqlarda isə o, Ukraynaya xüsusi önəm verirmiş. Biz nə etməliydik? Bəlkə biz deməliydik ki, "Yaxşı, Vladimir, Ukrayna sənin olsun. Onunla nə istəyirsən et”. Bu, tamamilə qəbul edilməzdir”.

Qəzet qeyd edir ki, Joze Manuel Barrozu Mərkəzi və Şərqi Avropada demokratiyanın möhkəmlənməsi üçün  ağlasığmaz işlər görüb. O, hələ gənclik illərində Portiqaliyada diktaturaya qarşı amansız mübarizədə olmuşdu. 

Avropa Komissiyasının sədri kimi Joze Manuel Barrozu Putinlə 24 dəfədən artıq görüşüb. O, xüsusən birinci görüşü yaxşı xatırlayır. Həmin görüş zamanı şam yeməyi ediblər. Görüş isə 4 saat davam edib. Moskvada Putinin qəsrindəki görüşdə maraqlı məqamlar olub. Məsələn, həmin görüşdə Putin Avropa Birliyini və Rusiyanı xristian millətlərinin iki komandası adlandırıb. Və bu xristian millətlərini beynəlxalq terror hədələyir. Qəzet Joze Manuel Barrozunun aşağıdakı fikirlərinə yer verir: "Onun mənə ilk müraciətində dediyi bu oldu ki, baxın görün biz nə qədər çoxuq.  Putin "biz” deyəndə xristianları nəzərdə tuturdu. Yəni, Putin özünü xristian kimi dəyərləndirir. Təbii ki, avropalı hesab edir. Bu müsəlman dünyası və ya Çindən uzaq olmaq anlamını verir. Ona görə də mən Putinin Avropaya müxalif olması fikri ilə razılaşmıram”.

Joze Manuel Barrozu Rusiya liderinin arqumentlərini anladığını bildirir: "Ancaq bu heç də o demək deyil ki, biz həmin arqumentləri özümüz üçün keçərli sayırıq. Putin oyun qaydalarını üçüncü dəfə prezident seçildikdən sonra dəyişdi. Putin dəyişdi, onunla birlikdə Rusiya da dəyişdi. Rusiya Ukraynanın NATO-ya daxil olmasına etiraz edirdi. Putin mənə bir neçə dəfə bu barədə demişdi. Ukraynanın Avropa Birliyinə üzv olmasına isə onun etirazı yox idi. Bu barədə də özü ilə danışmışdım”.

Ancaq Joze Manuel Barrozu onu da etiraf edib ki, Avropa Komissiyasının sədri kimi gördüyü bəzi işlərdə yanlışlığa yol verib, səhvləri də olub. /musavat.com/
Xəbər 2504 dəfə oxunub






Oxşar xəbərlər

Jurnalist Fuad Abbasovun həyatına təhlükə yaranıb
Balakən rayonuna yeni polis rəisi TƏYİNATI
Qaçırılmış “Niva” Maştağadan tapıldı
Ayaz Salayev İbrahimbəyovu ittiham etdi
Əfv siyahısında kimlərin adı var?
İrəvanın Bəşər Əsədə dəstəyinin pərdəarxası
SOCAR Gürcüstana qazı ucuz satır - Açıqlama
Siyasətçilər Rüstəm İbrahimbəyovun yubileyindən danışır
"Bakı-xəbər"-in müxbirinin Gəncədə şərlədiyi heykələ rəsmi REAKSİYA
Polis orqanlarında rəis olmaq istəyənlərin nəzərinə!
"Air France" aviaşirkəti Venesuelaya reysləri ləğv etdi
Rusiyada ikinci qadın-milyarder peyda olub
Danimarka bankı Estoniyadan gedir
Kəmaləddin Heydərov bankını neçəyə satıb? - Qiymət açıqlandı
“ASAN xidmət”in mobil tətbiqi istifadəyə veriləcək
Elşad İskəndərovun Türkiyəyə girişinə qadağa qoyulub? - RƏSMİ açıqlama
Bakıda “kupça”sız mənzil qalmayacaq - FƏRMAN
Milli Şuranın fevralın 23-də mitinq niyyəti alınmadı
İlham Əliyev: “Tədricən məqsədimizə çatmışıq”
Deputat: "Boşanmaların sayına məəttəl qalmışıq"
Ələkrəm Hümbətovdan erməni və fars sayağı ittihamlar
Nazirliyin idarəsində ölüm hadisəsi oldu
Məşhur terror təşkilatının lideri Türkiyədədir (İDDİA)
Açıqlama - SOCAR-a qarşı “qara piar” kampaniyası?
Hakimiyyətdən dindar məhbuslarla bağlı yeni strategiya
Gəncə sakinində silah aşkarlanıb
Qubada “Prado” aşdı: 2 nəfər kömək gözləyir
İran Avrasiya İttifaqına qoşulacaq
Bulaqdan palçıq püskürdü: Astarada qeyri-adi hadisə (VİDEO)
Prezident sənədsiz binalarla bağlı fərman verdi
Məşhur polkovnik-leytenantı itirdik - Əliyaz Mirzəyev Gülhanədə müalicə alırdı
ATƏT sədri Azərbaycana səfər edəcək
Ramil Usubov Türkiyədə – VİDEO
Prezident Anar Kərimova YÜKSƏK VƏZİFƏ verdi
Nazirlər yenidən Qarabağı müzakirə etdilər
Sədr təyin olunan Fərid Şəfiyev kimdir? - DOSYE
Əli Kərimlinin Rövşən Quliyev “paradoks”u
“AFB Bank” Kəmaləddin Heydərovun əlindən çıxdı
Müşviq Ələsgərli və Əvəz Zeynallı dueli: "REKET KİMDİR?" Video
“Buta Airways”ın təyyarəsində nasazlıq yaranıb
Tramp Maduronu dəstəkləyən hərbçiləri təhdid edib
Azərbaycan neftinin qiyməti 68 dolları keçdi
Binəli Yıldırım vəzifəsindən istefa verib
Baş ağrısı ilə xəstəxanaya getdi, uşaq doğdu
Hökumət problemli kreditlər məsələsini həll edir - iddia
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
Gəncədə işsizlik və perspektivlər: Mövzu dərindir - RƏYLƏR
“Putin Ərdoğana çox güvənir” – Dmitri Peskov
Prezident Sumqayıta milyonlar ayırdı
Rüstəm İbrahimbəyovu Bakıya Prezident Administrasiyası dəvət edib
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
Müğənni Fədayə Laçının şikayəti əsasında məhkəmə başlayır
Hüquq müdafiəçiləri Ramil Usubovla görüşdülər
İŞİD-in təbliğat və edam videolarını səsləndirən şəxs tutuldu
Zidan “Çelsi”ni çalışdırmaq üçün şərtlərini açıqladı
Prezident İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib
"Bakı-xəbər"-də GƏNCƏ YALANLARI və heykəli şərləyənin plagiatlığı
“Çeçenlərlə bağlı hadisədə üçüncü qüvvələrin İZİ”
Erməni nazir sayıqladı: "Məmmədyarovla dəhlizdə görüşə bilərik"
Çeçen lideri bəyan etdi: - “Azərbaycanla münasibətlərimizi heç bir təxribat poza bilməz”
Eldar Əzizov "Tarqovı”dakı məşhur restoranı bağlatdırdı - FOTO
Şimali Koreya lideri Vyetnama gedir
“Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlir
"İnternetdə təhqirlərin qarşısını almaq üçün.." - Əli Əhmədov
Müdafiə naziri Zakir Həsənov BƏƏ-yə yola düşüb
Çeçenistan müxalifətinin lideri də Azərbaycana müraciət etdi: "Olanlar təxribatdır"
Cüdoçumuz Oruc Vəlizadə Romada qızıl medal qazanıb
Abu-Dabidə "IDEX-2019" müdafiə sərgisi açılır
Bakıda kütləvi maliyyə fırıldağı - "Zərərçəkmişlərin sayı yüzlərlədir"
Qroznının ilk fəxri vətəndaşı baş verənlərlə bağlı bəyanat verdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11386] initstartout [0.00012] initstartin [0.00056] calstart [0.00762] calend [0.00037] topnewsend [0.00264] rsssend [0.00000] ehgend [0.01060] tagsstart [0.00046] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09145]