Rus polisi Suriyada mühasirəyə düşdü:

  • 21 sen 2017, 08:03

Rusiya Hərbi Hava Qüvvələri Suriyanın İdlib vilayətində hücuma keçən terrorçulara ağır zərbələr endirib.

Axar.az xəbər verir ki, Həma bölgəsindən hücuma keçərək 29 nəfərlik rus hərbi-polis dəstəsini mühasirəyə alan terrorçular Rusiya tərəfinin ağır aviazərbələrinə məruz qalıb.

Qeyd edək ki, rus hərbi-polis dəstəsinə hücum edən Nüsrə Cəbhəsi ilə bir neçə saat davam edən atışmada 3 hərbçi ağır yaralanıb. Yalnız Rusiya qırıcılarının zərbəsindən sonra qruplaşma geri çəkilib.

Hazırda Nüsrə Cəbhəsinin Suriyanın şimal-qərbində, əvvəlki mövqeyində olduğu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Demokratik.Az

Oxşar xəbərlər