Ermənistandakı rus hərbçilər küçədə əlbəyaxa oldular

  • 11 sen 2017, 17:29

Ermənistanda Gümrü şəhərindəki 102 saylı Rusiya hərbi bazasının hərbçilərinin iştirakı ilə dava baş verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, 10 sentyabr saat 23.30 radələrində, Şirak vilayətindəki Alabyan küçəsində bir qrup şəxs arasında baş verən əlbəyaxa dava zamanı bir nəfər bədən xəsarətləri alıb. Polis hadisə yerinə gələrkən bir nəfər mülki şəxsin döyülmüş vəziyyətdə yerdə qaldığını görüb. Digər üç nəfər qaçıb aradan çıxa bilib. Xəsarət alan tibb məntəqəsinə çatdırılıb və şəxsiyyəti araşdırılıb.

Məlum olub ki, müxtəlif dərəcəli xəsarətlər alan şəxs Rusiya vətəndaşı 26 yaşlı Yuri Nikolayevdir. Polisin araşdırmaları nəticəsində aydınlaşıb ki, münaqişə Rusiya vətəndaşları 23 yaşlı Vladislav Kraskovski, 22 yaşlı Viktor Yudin, 26 yaşlı Nursultan Qizatulayev və 26 yaşlı Yuri Nikolayev arasında baş verib, sonuncu ağır xəsarətlər alıb. Nursultan Qizatulayev etiraf edib ki, həmyerlisini o döyüb. Adları çəkilən şəxslər Gümrüdə dislokasiya olunan 102-ci hərbi bazanın tağım komandirləridir.

Musavat.com

Oxşar xəbərlər