Səddam Hüseynin qədim şahmatı İraqa qaytarılıb

  • 03 sen 2017, 20:34
İraqın sabiq lideri Səddam Hüseynə məxsus olan və 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi zamanı oğurlanan qədim şahmat İraqa qaytarılıb.

APA-nın məlumatına görə, bu barədə "Al Sumaria” telekanalı məlumat yayıb.

Şahmat taxtası ornamentlərlə bəzədilib, fiqurlar qızılı və gümüşü rəngdədir. Şahmat Səddam Hüseynin sarayından oğurlanıb. İraqa qaytarılan şahmatın bu müddət ərzində konkret harada saxlandığı və necə aşkarlandığı açıqlanmır.
Oxşar xəbərlər