Çində “Hato” qasırğası insanları sovurdu - VİDEO

  • 23 avq 2017, 20:55

Çində son 5 ilin ən dağıdıcı qasırğası müşahidə olunub.

Məlumata əsasən, qasırğa, əsasən, cənub regionunda, o cümlədən, Quandun vilayətində genişmiqyaslı dağıntılar törədib. Qasırğa zamanı qeydə alınan kadrlarda küçələrdə küləyin insanları sovurması da müşahidə olunur. Hava bürosu qasırğanın sürətinin saatda 165 kilometrə çatdığını qeyd edib.

Şiddətli küləklər yüzlərlə evin damını uçurub. Kranlar aşıb. Nəqliyyatın hərəkəti tamamilə iflic vəziyyətinə düşüb. 420-yə yaxın uçuş təxirə salınıb. Sahilyanı bölgələri su basıb.

Hökumət fövqəladə vəziyyətlə əlaqədar məktəblərin fəaliyyətini dayandırıb.

Demokratik.Az

Oxşar xəbərlər