Qətər Suriyaya ordu göndərir?

  • 23 avq 2017, 20:52

Qətər Suriyaya ordu göndərməyi planlaşdırmır. Buna sizi əmin edə bilərəm.

Bu sözləri Qətər Müdafiə naziri Xalid əl-Ətiyyə deyib.

Ətiyyə Rusiya, Türkiyə və ABŞ-ın Suriyaya sülh və təhlükəsizlik gətirmək təşəbbüsünü dəstəklədiklərini, bu istiqamətdə əllərindən gələni edəcəklərini bildirib.

Nazir sonda qeyd edib ki, Qətər Rusiyanın müdafiə sistemlərini almaqda maraqlıdır.

Oxşar xəbərlər