Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

21:45 - 19.10.2019  
18 il hakimiyyətdə: Putin Rusiyanı hara aparır...
Tarix: 16-08-2017, 09:28 | Bölmə: Xəbərlər » Dünyada

Qabil Hüseynli: "Putin rəqibləri ilə amansız davranmağı yaxşı bacarır”


18 il hakimiyyətdə: Putin Rusiyanı hara aparır...Avqustun 7-də Vladimir Putinin hakimiyyətə gəlişinin 18 ili tamam oldu. 1999-cu ilin avqustunda baş naziri təyin olunan Putin həmin ilin 31 dekabrında o zamankı prezident Boris Yeltsinin istefasından sonra 2000-ci ilin 7 mayına qədər prezident səlahiyyətlərini icra etmiş və sonradan Rusiyanın ikinci prezidenti seçilib.

2008-ci ildə üçüncü dəfə prezident olmaq istəməyən Putin formal olsa da, Rusiyada prezident dəyişikliyi etdi. Öz yerini yaxın adamı baş nazir Dmitri Medvedyevə verən Putin özü hökumət başçısı olmuş, 2012-cü ildə isə yenidən Rusiya prezidenti seçilib. Gələn ilki seçkilərdə isə Kreml rəhbərinin yenidən prezidentliyə iddiasını irəli sürüb-sürməyəcəyi məlum deyil. Amma əksəriyyət onun namizəd olacağını və qalib gələcəyini proqnozlaşdırır. Çünki hazırda rus xalqı arasında Putinin reytinqi qalibiyyəti üçün yetərlidir.


Son 18 ildəki hakimiyyət dönəmi ilə bağlı Putin haqqındakı düşüncələr heç də birmənalı deyil. Doğrudur, hakimiyyətə gəlişinin ilk illərində ciddi böhranla üz-üzə qalan Rusiya məhz onun sayəsində dirçəldi və öz əvvəlki gücünü bərpa edə bildi. Lakin 2008-ci ildə Gürcüstanın Cənubi Osetiya və Abxaziya ərazilərinin işğalından sonra Rusiya üçün çətin mərhələ başladı. Buna səbəb də Qərb tərəfindən gələn təzyiqlərin getdikcə artması oldu. Xüsusilə, Ukrayna ərazilərinə təcavüzdən sonra 2014-cü ildən başlayaraq, Qərb tərəfindən Kremlə qarşı sanksiyaların tətbiqi və bu günə qədə də Rusiya üzərindən sanksiyaların götürülməməsi şimal qonşumuzu ağır vəziyyətə salıb. Lakin Putin hakimiyyəti hələ də dünyaya meydan oxumaqda davam edir. Bütün bu nüansları nəzərə alaraq, siyasi şərhçilər onun iqtidarının bundan sonra çox da uzun sürməyəcəyini, Rusiyanın parçalanacağını qeyd edirlər.


Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Yeltsin dövründəki demokratik ənənələrin Putin dövründə tamamilə aradan qaldırıldığını bildirdi: "Putinin hakimiyyətə gəlişi ilə demokratiya cücərtiləri aradan qaldırıldı. Əgər Yeltsinin dövründə bəzi hakimiyyət səlahiyyətləri mərkəzdən əyalətlərə verilirdisə, Putinin dövründə bu səlahiyyətlər əyalətlərdən alındı. Putin yaxşı başa düşürdü ki, demokratiya yolu ilə hakimiyyəti əlində saxlamaq çox çətin olacaq. Çünki yetərincə siyasi rəqibləri peyda olur, onlarla polemikaya girmək zərurəti yaranır. Bu da avtoritar təfəkkürlü insanlar üçün məqbul sayılan amil deyil. Nəticədə əvvəlki hakimiyyətdən qalan demokratik ənənələrin üstündən xətt çəkərək, özünün avtoritar hakimiyyətini qurmağa başladı. Bundan əlavə, əgər Yeltsinin dövründə əyalətlərdə əmək haqları iki dəfə artıq idisə, Putinin dövründə mərkəzlə əyalətlərin əmək haqları eyniləşdirildi. Putinin dövründə hakimiyyətin mərkəzləşdirilməsi, bir əldə cəmləşdirilməsi çox sürətlə getdi. Qısa müddətdə Rusiya az-çox demokratik ənənələri olan ölkədən avtoritar ölkəyə çevrildi.

Bu Putinin uğuru idi. O bunun nəticəsində siyasi rəqiblərini müxtəlif illərdə müxtəlif adlar altında sıradan çıxartdı. Onları ya qətlə yetirtdi, ya həbsə atdırdı, ya da ölkədən didərgin saldırdı. Putin rəqibləri ilə amansız davranmağı yaxşı bacarır. Onun ilkin 8 illik prezidentliyi dövründə məqsədləri uğurla başa çatdırıldı. O istənilən halda prezidentlik postunu əldən vermək istəmirdi. Məhz bu nəticəsində 2008-ci ildə yenidən namizəd olmasa da, hakimiyyəti əlində saxlamağı bacardı. Çünki namizəd olacağı təqdirdə bunun ölkə daxilində və xaricində ciddi təpkilərlə qarşılanacağını yaxşı anlayırdı. Buna görə də, onun bir sözünü iki etməyən, əmrlərinə sözsüz tabe olan baş nazir Medvedyevi prezident kürsüsünə gətirdi. Özü isə yenidən baş nazir oldu. Baş nazir kimi hakimiyyəti əlində saxlayan Putin faktiki prezidentə də nəzarət edirdi. Daha sonra özü yenidən prezident seçildi”.


Politoloq Putinin hakimiyyət sevdalısı olduğunu da qeyd etdi: "KQB məktəbi keçdiyindən hakimiyyət rəhbəri kimi strukturları mərkəzə tabe edib, onları uğurla idarə etməyi ustalıqla bacarır. Onun hakimiyyət dövründə Rusiya üçün neqativ olan bir sıra məsələlər aradan qaldırıldı. Neftdən ölkəyə gələn külli miqdarda vəsaitin hesabına iqtisadiyyatı dirçəldə bildi. Xüsusilə, hərbi sənayenin və Müdafiə Nazirliyinin gücləndirilməsi üçün lazım gələn vəsaiti əsirgəmədi. Nəticədə Rusiya ordusu gücləndi, ölkənin xarici silah bazarındakı mövqeləri xeyli gücləndi. Bu da ölkəyə əlavə gəlirlər gətirirdi. Nəticədə əhalinin də maddi rifah halı Yeltsin dövrünə nisbətdə xeyli artdı. Bununla rus xalqının böyük bir kəsimi özünü xoşbəxt hiss etməyə başladı. Amma Putin dövründə korrupsiya və rüşvətxorluq halları, dövlət vəsaitlərinin mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə halları görünməmiş dərəcədə artdı.

Amma bütün bunlara baxmayaraq, rus xalqı Putini sevməkdə idi. Onun reytinqinin aşağı düşməsinə ”imkan vermirdilər". Putin Yeltsin dövründə bağlanmış bəzi beynəlxalq sazişlərə əməl etmədi. Təkcə nüvə silahlarını qeyd edə bilərik. Nüvə dəyənəyini Putin əlində silkələməklə dünya üçün təhlükə mənbəyinə çevrilib. O tez-tez rusların əhval-ruhiyyəsinə xoş gələn ifadələr işlətməklə reytinqinin yüksək səviyyədə qalmasını təmin edir. O rusların imperiya təfəkkürlü olduğunu yaxşı bilir. Onun üçün də keçmiş SSRİ-nin tez-tez bərpasından, itirilmiş ərazilərin geri qaytarılmasından söz açır. Rus xalqı isə ilhaq və işğal siyasətini bəyənir.

Onlar Putinin Rusiyanı əvvəlki vəziyyətinə qaytaracağına inanır, onun əvəzedilməz lider olduğunu düşünürlər. Onların düşüncələrinə görə, Putinin alternativi yoxdur. Düşünmürlər ki, avtoritar ölkədə siyasi rəqiblərini qəddar üsullarla sıradan çıxaran Putinin məhz bu səbəblərdən rəqibi yoxdur. Heç kim şübhə etmir ki, 2018-ci ilin seçkilərində o namizədliyini yenidən verə bilər. Özü bunun üçün lazım gələrsə, müxtəlif manevrlər edərək qələbəsini təmin edə bilər. Bu gün Rusiya dünya üçün sabitlik və yeni düzən baxımından ən təhlükəli ölkə hesab olunur. Rusları bu gün Rusiya ilə Amerika, NATO arasındakı münasibətlərin ən kritik həddə çatması belə narahat etmir. Bunu Putinin Rusiyanın şöhrətini qaldırmaq istəyi kimi qəbul edirlər. Digər sahələrdə də Rusiya üçün hazırda çox ciddi problemlər var. Kremlin qərbdən gələn təzyiqlərin altından necə çıxacağı da bu dəqiqənin özündə ciddi suallar yaradır. Amma hər şeyə rəğmən ruslar hesab edirlər ki, Putin nə edirsə düzgün edir, onun etdikləri sonunda Rusiyanı xoşbəxt gələcəyə çıxaracaq. Ölkədəki mövcud vəziyyət rusları demək olar ki, əksər hüquqlarından məhrum edib. Putinin hazırda ciddi bir rəqibinin olmaması onu deməyə əsas verir ki, Rusiya mövcud durumu ilə yaşamağa hələ bir müddət davam edəcək, problemləri isə durmadan artacaq".


Cavanşir ABBASLI

Xəbər 2192 dəfə oxunub






Oxşar xəbərlər

"60 nəfər saxlanıldı" - Rəsmi açıqlama
"Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var" - BŞBPİ-dən Açıqlama
“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.30824] initstartout [0.00028] initstartin [0.00149] calstart [0.01713] calend [0.00101] topnewsend [0.00890] rsssend [0.00000] ehgend [0.01180] tagsstart [0.00122] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26634]