İsrail Türkiyədəki təmsilçiliklərini bağlayıb

  • 24 iyul 2017, 18:55
İsrailin Türkiyədəki diplomatik nümyəndəlikləri, Ankaradakı səfirliyi və İstanbuldakı konsulluğu müvəqqəti olaraq bağlanıb.

"Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bununla bağlı ölkənin Xarici İşlər Nazirliyi uyğun qərar qəbul edib.

İnformasiyaya əsasən, diplomatlar yaşadıqları mənzildə işləyirlər.

Məlumata görə, diplomatik təmsilçiliklərin bağlanmasına iki səbəb göstərilir. Səbəb olaraq iyulun 23-də İordaniyanın Amman şəhərindək İsrail səfirliyinin mühafizəçisinə və Türkiyədə keçirilən yürüşlər zamanı sinaqoqa hücumla əlaqələndirilir. Səfirliyə hücum edən şəxs zərərsizləşdirilib.
Qüdsdəki "Əl-Əksa” məscidinə İsrail hökumətinin tətbiq etdiyi məhdudiyyətə etiraz olaraq, Türkiyədəki yürüş keçirilib.
 
"Demokratik.Az"
Oxşar xəbərlər