"Mosul İŞİD-dən azad olundu" - İraq baş naziri

  • 11 iyul 2017, 09:40
İraqın baş naziri Heydər əl-Abadi rəsmi olaraq Mosul şəhərinin İŞİD terrorçularından tam azad olduğunu bildirib.
 
 
Reuters agentliyinin verdiyi xəbərə görə, bunu baş nazir dövlət telekanalında çıxışı zamanı bəyan edib.
 
"Mən terrorçu dövlətin iflasa uğradığını, terror üzərində qələbə əldə edildiyini elan edirəm”, deyə Heydər əl-Abadi bildirib.
 
Bundan əvvəl baş nazir Mosula səfər edərək İraq əsgərlərini qələbə münasibəti ilə təbrik edib.
Oxşar xəbərlər