İlkər Başbuğu Gülən həbs etdirdi

  • 06 iyul 2017, 10:07

Ergenekon, Balyoz əməliyyatları zamanı İstanbul Poli İdarəsinin Təhülkəsizlik şöbəsinin müdiri vəziFəsində çalışan, 15 iyul dövlət çevrilişi cəhdindən sonra Ərzurumda həbs olunan və prezidentin xüsusi qərarı ilə polis orqanlarından xaric edilən Yunus Dolar məhkəmədə verdiyi ifadədə Türkiyə Silahlı Qüvəllərinin keçmiş baş komandanı İlkər Başbuğun həbsi ilə bağlı maraqlı fakt açıqlayıb.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, o, İlkər Başbuğun həbsini Fətullah Gülənin istədiyini deyib. Yunus Dolar həmçinin İlhan Cihaner və "Fənərbaxça" klubuna qurulan tələ ilə bağlı da etiraflar edib.

Yunus Dolar Ergenekon əməliyyatı zamanı şahid olduğu qurama oyunları ən incə detallarına qədər danışıb.

Yunus Doların etiraflarından məlum olub ki, 2005-ci ildə ildə Ərzincan prokuroru təyin edilən və radikal qruplara qarşı amansız mübarizəsi ilə tanınan İlhan Cihaner saxta iddialarla həbs olunub. Eyni zamanda Türk Silahlı Qüvəllərinin sabiq baş komandanı İlkər Başbuğ da Fətullah Gülənin təlimatı ilə həbs edilib.

Yunus Dolar bunun kimi yüzlərlə saxta ittihamlar əsasında əməliyyatlar keçirdiklərini deyib.

Demokratik.Az

Oxşar xəbərlər