Şimali Koreya lideri çox sərt danışdı

  • 05 iyul 2017, 16:13

Şimali Koreyanın lideri Kim Çen İn raket sınağından sonra ABŞ-ı təhqir edib.

Kim ABŞ-ın 4 iyul müstəqillik günündən bəhs edərək raket sınaqlarının "amerikalı bicbalalara hədiyyə" olduğunu qeyd edib.

Şimali Koreya xalqının ABŞ-la mübarizə etməkdə qərarlı olduğunu qeyd edən lider silah proqramlarının müzakirə mövzusu olmayacağını bildirib.

Şimali Koreya mətbuatının xəbərinə görə Kim Çen İn raket sınağını şəxsən izləyib və deyib ki, yankilərə (amerikalılar nəzərdə tutulur-red) tez-tez böyük və kiçik hədiyyə paketləri göndərin.

Oxşar xəbərlər