Səudiyyə Ərəbistanı Qətərə 2 gün daha vaxt verdi

  • 03 iyul 2017, 15:12

Səudiyyə Ərəbistanının dövlət informasiya agentliyi SPA-nın verdiyi məlumata görə, dörd ərəb ölkəsi tələblərin yerinə yetirilməsi üçün Qətərə 48 saat vaxt verib. 

Qətəri terrorizmi dəstəkləməkdə günahlandıran Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir və BƏƏ Qətərə tələbləri qəbul etməsi üçün iki gün daha vaxt verdi.

Qətər ittihamları əsassız adlandırıb və "al-Jazeera” kanalının bağlanması və Türkiyə silahlı qüvvələrinin Qətərdən çıxarılması da daxil digər bütün tələblərin çox qəddar adlandırıb və bildirib ki, bunlar elə rədd etmək üçün müəyyənləşdirilib.

Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir və BƏƏ bəyan ediblər ki, əgər 13 maddədən ibarət tələblər qəbul edilməsə, Qətərə qarşı sanksiyalar genişləndiriləcək. Bu sanksiyaların nədən ibarət olacağı qeyd edilməsə də, güman edilir ki, banklara depozitləri çəkməyi və banklararası kreditləri geri çəkmək əmri veriləcək.

Demokratik.Az


Oxşar xəbərlər