Braziliya prezidentinə qarşı korrupsiya ittihamı

  • 27 iyun 2017, 08:02

Braziliyanın baş prokuroru Rodriqo Janot ölkə prezidenti Mişel Tenerə qarşə rəsmən korrupsiya ittihamı irəli sürüb.

"Report" xəbər verir ki, bu barədə yerli "Globo" qəzeti yazıb.

İttiham Braziliya Ali Məhkəməsinə göndərilib. Ölkə qanunvericiliyinə görə, indi Parlamentin Aşağı Palatası üçdə iki səs çoxluğu ilə prezidentin əleyhinə prosesin açılmasını təqdir etməlidir.


Oxşar xəbərlər