"Rusiya İŞİD-dən daha böyük təhdiddir" Makkeyn

  • 29 may 2017, 16:56

"Demokratik.Az" bildirir ki, Amerikalı Respublikaçı senator Con Makkeyn Rusiyanın dünyada təhlükəsizliyə İŞİD terror təşkilatından daha böyük təhlükə kəsb etdiyini iddia edib. O, senat tətilləri başa çatdıqdan sonra Moskvaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyinə ümid etdiyini bildirib.

"Düşünürəm ki, İŞİD böyük faciələr törədə bilər və məni müsəlmanların mənsub olduğu dinlə bağlı baş verənlər və buna dair bir çox məsələ olduqca narahat edir. Lakin məhz ruslar demokratiyanın təməlini dağıtmağa, başqa sözlə desək, ABŞ-dakı seçkilərin nəticələrini dəyişməyə çalışırlar. Onların buna müvəffəq olduqlarına dair sübutlar görməmişəm, lakin ruslar seçkilərin nəticəsini dəyişdirməyə cəhd ediblər və indi də bunu etməyə çalışırlar”, - deyə senator Kanberraya səfəri zamanı Avstraliyanın ABC kanalına müsahibəsində söyləyib.

Xəbərə görə, C.Makkeyn müsahibəsində iddia edib ki, Rusiya bu yaxınlarda Fransada keçirilmiş seçkilərə də təsir göstərməyə çalışıb.

"Bu səbəbdən Ukrayna kimi suveren dövləti parçalayan, Baltikyanı ölkələrə təzyiq göstərən Vladimir Putini, rusları bizə ən böyük meydan oxuyan qüvvə hesab edirəm”, - deyə senator əlavə edib.

Demokratik.Az

Oxşar xəbərlər