Nüvə silahı olan dəli... - Tramp

  • 24 may 2017, 19:02

ABŞ Prezidenti Donald Tramp aprel ayında filippinli həmkarı Rodriqo Duterte ilə telefon danışığı zamanı Şimali Koreya lideri Kim Çen İni "nüvə silahı olan dəli” adlandırıb.

Axar.az xəbər verir ki, "Vaşinqton Post” qəzeti aprel ayında olan telefon danışığı zamanı prezidentlər arasında əsas müzakirə mövzusunun Şimali Koreyadakı situasiya olduğunu yazıb. Tramp Şimali Koreyanın raket sınağının uğursuz olmasını "yaxşı xəbər” adlandırıb. Duterte Kim Çen İnin öz bombaları və öz oyuncaqları ilə oynadığını, onun başında problem olduğunu, bir gün ağlını itirəcəyini deyib. Tramp da cavabında bu sözləri söyləyib:

"Biz imkan verə bilmərik ki, nüvə silahı olan dəli azadlıqda olsun. Bizim böyük zərbə gücümüz var. Bu, Kim Çenin malik olduğundan 20 dəfə çoxdur, amma biz bundan yararlanmaq istəmirik”.

 

Oxşar xəbərlər