“Arktika Rusiyanın əlinə keçir!” - Vaşinqtondan SOS

  • 08 may 2017, 16:40

"Arktika üçün yarışı şahmat partiyası ilə müqayisə etsək, Rusiyada bütün fiqurları, ABŞ-da isə yalnız piyada və mümkündür ki, top var”.

Bunu "Foreign Policy” nəşrinə açıqlamasında ABŞ-ın Sahil Mühafizəsionin başçısı Pol Zakanft bildirib.

O vurğulayıb ki, Moskva artıq oyunun lap əvvəlində Vaşinqtonu "şah və mat” edib. Pol Zakanft xəbərdarlıq edib ki, Rusiya Arktikada Birləşmiş Ştatları xeyli qabaqlayır və regionda hərbi güclənmə baxımından yubanır.

Sahil Mühafizəsinin başçısı qeyd edib ki, Rusiyada ticarət və hərbi gəmilərin dəniz yollarına girişini təmin edən buzqıranların sayı 40 olduğu halda, ABŞ-da yalnız iki buzqıran gəmi var. Zakanft onlardan yalnız birinin Arktika üçün əlçatan olduğunu deyib.

"Arktika buzlarının geri çəkilməsi eyni zamanda təbii resursların zəngin ehtiyatlarına girişi açır. Rusiya və Çin kimi ölkələr bu ehtiyatlara acgözlüklə baxır. Qiymətləndirmələrə görə, dünyanın öyrənilməmiş qaz ehtiyatlarının 30, neftin isə 13 faizi bu regiondadır”, - o əlavə edib. /xezerxeber.az /

Oxşar xəbərlər