Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

14:41 - 13.11.2019  
Putin-Ərdoğan görüşü – iki lider nələri razılaşdıra biləcək....
Tarix: 2-05-2017, 09:08 | Bölmə: Xəbərlər » Dünyada

Tanınmış politoloqdan maraqlı açıqlamalar və proqnoz; "Ərdoğan Soçi görüşündə məsələ qaldıracaq ki...”

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın görüşü olacaq. Mayın 3-nə planlaşdırılan görüşün Soçidə keçiriləcəyi bildirilir. Regionun iki böyük dövlətinin prezidentinin görüşü dünyanın diqqət mərkəzində olan və olacaq hadisələrdən biridir.

Putin-Ərdoğan görüşü – iki lider nələri razılaşdıra biləcək....Bir müddət öncə görüşən Rusiya və Türkiyə prezidentlərinin aradan çox vaxt keçməmiş yenidən bir araya gəlməsinin hansı zərurətdən meydana gəldiyi, Putinin Ərdoğanla görüşdə əsas məqsədinin nələr olduğu maraq doğurmaya bilməz. 3 may görüşünün hansı nəticələri ola bilər? Hər iki prezidentin bir-birindən hansı gözləntiləri ola bilər? Bu gözləntilərlə bağlı razılaşmalar mümkün olacaqmı?

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Putinlə Ərdoğanın mayın 3-nə nəzərdə tutulan görüşdə əsasən Suriya məsələsini müzakirə edəcəkləri şübhə doğurmur. Putin Ərdoğanla əməkdaşlıqdan məmnundur. Ancaq Putin Ərdoğanla görüşdə vacib detalları özü üçün aydınlaşdırmaq istəyir: "Rusiya Suriyada Hələb şəhərinin azad olunmasında Türkiyə ilə əməkdaşlıq etdi. Bundan sonra Rusiya, Türkiyə və İran təmsilçiləri Qazaxıstanın paytaxtı Astanada görüşdülər və Suriyada atəşkəsə nail oldular.

Növbəti mərhələdə Rakka şəhərinin İŞİD terrorçularından azad olunması planlaşdırılır. Pentaqon Rakka şəhərinin azad olunmasında iştirak etmək istəsə də, hələ ki gözləmə mövqeyindədir. Rusiyanın da Rakkaya iddiaları var. Ancaq məsələ burasındadır ki, Rakkada gələcək döyüşlərdə böyük itkilər olacaq. Görünür, Putin Rakka şəhərinin azad olunması uğrunda döyüşlərdə Türkiyə ordusunun dəstəyinə ehtiyac duyur. Türkiyə Rakka şəhərinin azad olunması əməliyyatında Rusiya ilə əməkdaşlığı davam etdirə bilər, ancaq bunun reallaşması üçün Ankaranın şərti var. Şərt isə budur ki, Rusiya Suriyadakı silahlı kürdləri dəstəkləməməlidir! Ərdoğan bu məsələni Soçidəki görüşdə Putinin qarşısında qaldıracaq. Bunun qarşılığında Putin Suriyada silahlı kürdlərə dəstəkdən imtina edəcəkmi? Bu suala birmənalı cavab yoxdur. Halbuki ABŞ ordusunun silahlı kürdlərlə Türkiyə sərhədini nəzarət altına alması Kremlin xoşuna gəlməməlidir".

Ekspert hesab edir ki, bütün hallarda Ərdoğan Moskvanın Suriyadakı silahlı kürdlərə dəstəyini dayandırmasını istəyir. Türkiyə həmin silahlı kürdlərin terrorçu PKK təşkilatına bağlı olduğunu bildirir. Rusiya silahlı kürdlərə dəstəkdən o zaman imtina edə bilər ki, Türkiyə Bəşər Əsədin devrilməsi planlarında yer almasın: "Rusiya rəsmilərinin fikrincə, Amerika vaxtilə İraqda Səddam Hüseyni devirdiyi kimi, Bəşər Əsədi də devirmək planları hazırlayıb. Kreml Vaşinqtonun bu planlarında Türkiyənin yer almasını istəmir.

Buna baxmayaraq, Ərdoğan Əsədlə barışmayacaq. Tam əksinə. Ərdoğan son müsahibəsində qeyd edib ki, Putinlə görüşdə Rusiya prezidenti ona deyib ki, o, Əsədin vəkili deyil. Ərdoğan Putinə Əsədi hakimiyyətdə bir başqası ilə əvəz etməyi təklif edəcək. Eyni mövzunu Vladimir Putin bir müddət əvvəl Moskvaya səfər edən Amerikanın dövlət katibi Reks Tillersonla müzakirə etmişdi. Kreml Əsədin bir başqasıyla əvəz edilməsini istəmir. Çünki Kremldə düşünürlər ki, Əsədin yerinə hakimiyyətə gələcək şəxs Rusiya ilə strateji tərəfdaşlıqdan və Rusiya hərbi bazalarından imtina edəcək. Rusiyada düşünürlər ki, Əsədin yerinə gələcək şəxs silahlı müxalifətlə barışacaq, bu halda isə müxalifət strateji müttəfiq kimi Rusiyanı deyil, Amerikanı və başqa ölkələri seçəcək".

Putin-Ərdoğan görüşü – iki lider nələri razılaşdıra biləcək....E.Şahinoğlu onu da qeyd etdi ki, Suriyadan başqa, Ərdoğanla Putinin müzakirə edəcəyi daha iki mövzu var: "Birinci mövzu Türkiyənin kənd təsərrüfatı məhsullarının Rusiya bazarına maneəsiz girişinə icazə verilməsidir. Türkiyənin bəzi kənd təsərrüfatı məhsullarının Rusiya bazarına girişinə hələ də maneələr var.

Putin-Ərdoğan görüşü – iki lider nələri razılaşdıra biləcək....

İkinci mövzu Türkiyənin Rusiya taxılından imtina etməsidir. Rusiya Türkiyənin kənd təsərrüfatı məhsullarına maneə yaratdıqdan sonra Türkiyə də Rusiyadan taxıl almaqdan imtina etdi.

 

Bu məsələnin sadə həlli var. Rusiya Türkiyənin kənd təsərrüfatı məhsullarının idxalına maneəni ortadan qaldırarsa, Türkiyə yenidən Rusiyadan taxıl alacaq. Bundan başqa, Ərdoğanın Rusiyaya səfəri ərəfəsində Ankara daha bir jest etdi. Rusiya vətəndaşları Türkiyədə vizasız 60 gün deyil, 90 gün qala biləcəklər. Eyni addımı hələ ki Moskva atmır".

Politoloq hesab edir ki, Ərdoğan-Putin görüşündə həm Suriya mövzusunda, həm də ikitərəfli münasibətlərdə müsbət nəticələr əldə etmək mümkündür. Yetər ki, Kreml Türkiyənin müsbət jestlərinə eyni səmimiyyətlə cavab versin: "Ərdoğanla Putin son aylarda tez-tez görüşürlər. Bu görüşlərdə belə bir təəssürat yaranır ki, iki dövlət arasındakı bütün problemli məsələlər sürətlə həll olunur. Hətta Ərdoğan Moskvada Putinlə birgə son mətbuat konfransında üzünü jurnalistlərə tutaraq demişdi ki, ”daha bizə normallaşma ilə bağlı sual verməyin, çünki biz bu mərhələni adlamışıq". Ancaq aydın olur ki, yeni mərhələyə hələ keçilməyib. Türkiyə üzərinə düşənləri etsə də, Kreml üzərinə düşənləri etmir və məndə tam əminlik yoxdur ki, Soçi görüşündən sonra bütün suallara cavab tapılacaq".


Etibar SEYİDAĞA

Xəbər 2491 dəfə oxunub






Oxşar xəbərlər

Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi
"Azeri Light" nefti bahalaşıb
“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olundu
Nəcməddin Sadıkovu da istefaya çağırdılar - 26 ildir ki...
"Qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri?" - VİDEO
İlham Əliyevin təşəbbüsü ilə bu qanunlar dəyişdirilir – Siyahı
İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb
ADAU-nun "itkin düşmüş" avtobusu tapıldı - Fotolar
MTRŞ ANS ÇM-in tezliyini müsabiqəyə çıxarıb – Vahid Mustafayevin sözçüsündən REAKSİYA
Mehman Hüseynov da bələdiyyə sədri olmaq istəyir
Məşhur milyarder Göyçaya gəldi (FOTO)
Azərbaycan müharibəyə hazırlaşır?
Səfir: “Fransa və Azərbaycanın strateji maraqları üst-üstə düşür"
Qazaxda raket tapılıb
Ümumdünya Şahmat Olimpiadası Naxçıvanda keçirilə bilər
ABŞ Paşinyana əvəz axtarır
"Alışanov üçün 100 min “semiçka puludur"" - Qulu Məhərrəmli
Əli İnsanovun müxalifətlə bir araya gəlməsinə etirazlar
Gəncə sakini kanalizasiya quyusuna yıxılıb
Müsavatın mitinq məktubuna meriyadan cavab verildi
Nəcati Şaşmazın qardaşı barədə şok İDDİA
İnam Kərimov Vaşinqtonda - KT sahəsində əməkdaşlıq
9 nəfərə "Əməkdar jurnalist” adı verildi (SƏRƏNCAM)
Xaçmazın yeni icra başçısı niyə hoteldə qalır?
Oktay Gülalıyevin həyat yoldaşı Heydər Əliyev Fonduna təşəkkür etdi - VİDEO
Azərbaycanlı Rusiyada vəzifəyə seçilib
Həzi Aslanova yeni vəzifə verildi
Eldar Əzizov icra başçılarını yanına topladı
Müsavat Partiyasının mitinqlə bağlı müraciəti cavablandırılıb
Nardaranlı Mirseymuru öldürən Çeçenistanda gizlənir - İDDİA
Gülalıyevin həyat yoldaşı: "Oqtay komadadır"
Tacir gileyləndi: “Bacısı Fədayə ilə görüşməyimizə imkan vermir”
Vilayət Eyvazov Sumqayıtda şikayətçiləri qəbul edəcək
Avropa bankları “Visa” və “MasterCard”dan imtina edir
DİQQƏT İNAM KƏRİMOVA! Aqrar mütəxəssis hazırlığı bu naziri də maraqlandırmırsa nə etməli...?!
Gəncədə yarıtmaz baş həkimin izi və yolu hara uzanır? - Şok Detallar

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.31993] initstartout [0.00029] initstartin [0.00149] calstart [0.01742] calend [0.00103] topnewsend [0.00687] rsssend [0.00000] ehgend [0.01258] tagsstart [0.00117] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.27902]