Türkiyədə ev alanlara 7200 manat pul veriləcək

  • 01 may 2017, 13:58
Türkiyə hökuməti ölkə vətəndaşlarına sosial dəstəyini gücləndirir.

"Report” türk mətbuatına istinadən xəbər verir ki, bu ölkədə ilk dəfə ev alanlara 15 min lirə (təxminən 7200 manat), ilk dəfə evlənənlərə isə 5 min lirə (təxminən 2400 manat) dövlət tərəfindən maliyyə yardımı veriləcək. Amma yardım almaq üçün bəzi şərtlər var.

Ev almaq istəyən şəxslərin adlarına daşınmaz əmlak olmamalı, 18 yaşına qədər ölkə banklarında mənzillə təminat üçün nəzərdə tutulmuş hesabı olmalıdır. 

Hesaba 30 min lirəyə (təxminən 14300 manat) qədər pul yatırılmasına icazə verilir. Ailə qurarkən dövlətdən pul almaq istəyənlər isə bunu 27 yaşına qədər reallaşdırmalıdırlar.

Türkiyə Ailə və Sosial Siyasət Nazirliyinin məlumatına görə, ötən il hökumət sosial məqsədlərə 32 mlrd. lirə (təxminən 15,3 mlrd. manat) xərcləyib. Bu vəsaitdən 3,154 mln. ailə faydalanıb.
 
Demokratik.Az
Oxşar xəbərlər