Rusiyanı qorxudan terrorçu-Əbu Salah kimdir? - DOSYE

  • 27 apr 2017, 07:58

Sankt-Peterburqda terrorun sifarişçisi hesab edilən "Touhid və Çihad” qruplaşmasının lideri Əbu Salah əl-Uzbəki barəsində yeni məlumatlar ortaya çıxıb. Qırğızıstan xüsusi xidmət orqanlarının verdiyi xəbərə görə, terrorçunun əsl adı Sirojiddin Muxtarovdur. O, Bişkekdəki Çin səfirliyinə intiharçı hücumun təşkilinə görə, İnterpol vasitəsilə axtarışdadır. Xüsusi xidmət orqanları Əbu Salah əl-Uzbəkinin Sankt-Peterburq metrosundakı partlayışla əlaqəsini yoxlayırlar. Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, Sirojaddin Muxtarov 1990-cı ildə Oş vilayətinin Kaşkar-Kıştak kəndində anadan olub. 

Rusiya Federal Təhlükəsizlik Xidməti Peterburqdakı terrorun sifarişçisinin adının müəyyənləşdiyini bildirsə də, onun şəxsiyyəti barədə rəsmi açıqlama verməkdən imtina etmişdi. Qırğızıstan hüquq-mühafizə orqanlarının açıqlamasına görə, S.Muxtarovun pasportunda milliyyəti özbək göstərilsə də əslində uyğurdur. 

Səfirliyə intiharçı hücumu təşkil edən uyğur tacik pasportu ilə Qırğızıstana Türkiyədən gəlib. Terror aktının törədilməsində ona 1991-ci il təvəllüdlü, Oş vilayətindən olan, Suriyada təxribat-terror hazırlığı keçmiş, özbək İzzatillo Sattıbayev yardım edib. Sattıbayev Qırğızıstana tacik pasportu ilə daxil olduqdan sonra ev kirayələyib, terror aktını həyata keçirmək üçün miniven alıb. O, hətta intiharçıya əldəqayırma partlayıcı qurğunun hazırlanmasında və Bişkeklə tanış olmaqda kömək edib. Partlayışdan bir neçə saat əvvəl Sattıbayev Oşdan İstanbula uçub. QDMTK terrorçulara yardım etməkdə şübhəli bilinən cəmi beş nəfəri həbs edib. Onlar əsasən Oş vilayətində yaşayan, Türkiyədə işləyən Qırğızıstan turizm firalarının əməkdaşlarıdır. Türkiyə ərazisində gizlənən daha bir neçə nəfər bu ölkənin xüsusi xidmət orqanları tərəfindən axtarışdadır. Gənc şahidin dediyinə görə, qruplaşmanın başçısı Əbu Salah, 2009-2010-cu illərdə onun 37 yaşlı sahibkar atası-Sadıkjon Zahidovun yanında işləyib. Həmin vaxt o, Moskvadan Sıktıvkara satış üçün məhsullar gətirirmiş. Peterburqdan Komiyə özünü Sergey kimi təqdim edərək gəlmiş adamın təqsirləndirilən Əbu Salah olduğu müəyyənləşib. Ağ rəngli "QAZel”i idarə edən Əbu Salah karton emalı bazasında işləyib. 2010-cu ildə iş adamı 20 yaşlı Əbu Salaha Dəməşqdəki mədrəsədə təhsil almaq üçün 2 min dollar verib. 

Zahidov hətta öz oğlunu oxumaq üçün Qahirədəki islam təhsil ocağına göndərib. Hatsabiyyə küçəsində yerləşən bu mədrəsədə Zahidovun gənc oğlu Qırğızıstandan və Özbəkistandan gəlmiş islamçılarla görüşüb. Onlar onu Suriyaya döyüşməyə getmək üçün ələ alıblar. 2013-cü ilin iyul ayında Misirdə prezident Məhəmməd Mursiyə qarşı hərbi çevriliş baş verəndə ölkədə islamçıların iştirakı ilə özbaşınalıq yarandı. Bu zaman Sadıkjon Zahidov öz oğlunun yanına-Misirə yola düşüb. Komendant saatı olduğundan onları saxlayıb Qırğızıstana deport ediblər. Onlar oradan Sıktıvkara qayıdıblar. 

2014-cü ildə S. Zahidov öz ailəsini İordaniyaya göndərməyə qərar verib. Lakin orada xüsusi xidmət orqanları ona problem yaradıblar. Ata Zahidovu oğlu ilə dəyişik salaraq evdən əlləri qandallı çıxarıblar. İstanbula getməli olan Zahidovlar Sadıkjonun qardaşı Sahibjan Zahidovun qonşuluğunda mənzil kirayələyiblər. "Mənim dayım varlı adamdır, Qırğızıstandan Sıktıvkara gedənlərə saxta sənəd düzəldir ”- İslomjon Zahidov istintaqa belə deyib.  2015-ci il yanvar ayının sonunda 17 yaşlı İslamjon Zahidov, atası, analığı və üç bacısı qeyri-leqal şəkildə Türkiyədən Suriyaya keçiblər. İstanbul avtovağzalından ailə avtobusla 18 saatlıq səyahət üçün Antakyaya yola düşüb. Onları orada qarşılayan türklər Suriya tərəfinə yola salarkən əks tərəfə çatmaqda bələdçilik ediblər. Sərnişinləri oradan "Suzuki” kiçik yük maşını ilə "Touhid vəl-Cihad” terror təşkilatının Hələbdəki düşərgəsinə göndəriblər. Sadıkjon Zahidov burada özünün digər qardaşı Adaxamjon Zahidovla görüşüb. Burada onları kiçik mərtəbəli evin dörd otaqlı mənzilində yerləşdiriblər. Təxminən fevral ayının əvvəlində İslamjon Zohidov döyüşçülərin Hələbdəki düşərgəsində hazırlıq keçib. Cihadçıların təlimləri başlanğıcda hər gün 3-5 km qaçmaq, səhər yeməyi, əlbəyaxa döyüş məşqi etmək, silahla davranış, nahar, taktiki hazırlıq, "Quran”ın öyrənilməsi, axşam qaçışları, şam yeməyi və yatmaqdan ibarət olub. 

"Mütəmadi olaraq, gecələr məşq üçün həyəcan siqnalı verirdilər və bizi gurultu ilə oyadırdılar” - İslomjon Zahidov belə deyib. Zahidov təlimləri başa vurduqdan sonra onu "Ən-Nüsrə Cəbhəsi” terror təşkilatının sıralarında döyüşməyə göndəriblər. Burada o, öz silahdaşlarına sursat və maaş verməklə məşğul olub. Özünün dediyinə görə, ailəli yaraqlılara 150 dollar, subaylara isə 50-100 dollar maaş ödəyirmiş. İslomjon Zahidov bir müddət sonra Oş vilayətindən gəlmiş, milliyyətcə özbək olan 35 nəfərlik terrorçu qrupun material-texniki təminatı ilə məşğul olub. Həmin qrupa 28 yaşlı Əbu Yusif adlı terrorçu rəhbərlik edib. Lakin sonra həmin dəstənin 10 nəfəri qruplaşmadan ayrılıb. 2016-cı ilin iyun ayında "Touhid vəl-Cihad” müxalifətin Hələbin cənubundakı hücumunda iştirak edib. Sonra Latakiya istiqamətinə hərəkət edən silahlı dəstənin hazırda İdlibdə olduğu bildirilir. 2017-ci ilin fevral ayında "Touhid və-l Cihad” "Həyyat Təhrir əş-Şəm” terror təşkilatının tərkibinə daxil olur. Bu təşkilat "Cəbhət ən-Nüsrə” və "Cəbhət Fəth əş-Şəm” qruplarının birləşməsi əsasında yaradılıb. Buna görə də "Touhid və-l Cihad” özünün təbliğat materiallarında "Əl-Qaida”nın öldürülmüş lideri Üsəma bin Ladenin materiallarından istifadə edir. 2017-ci ilin mart ayında Qırğızıstanın Oş şəhər məhkəməsi "Touhid və-l Cihad”ı terror təşkilatı kimi tanıyan qərar çıxarıb.

Müşfiq Abdulla

 

Demokratik.Az

Oxşar xəbərlər