Rusiyanın xarici borcu 530 milyard dollara çatır

  • 14 apr 2017, 10:03
Rusiyanın xarici borcu 2017-ci il aprel ayının 1-nə 529,7 mlrd. ABŞ dolları təşkil edib.

"Rambler News Service" xəbər verir ki, bu barədə açıqlama Rusiya Bankı (Mərkəzi Bank) tərəfindən verilib. İlin əvvəlindən Rusiyanın xarici borcu 16,2 mlrd. dollar və ya 3,1% artım göstərib.

Rusiya Bankı iqtisadiyyatın bütün sektorlarında borcun artdığını bildirib. Borc əsasən rus rublunun möhkəmlənməsi fonunda yerli valyutada olan borcların təkrar qiymətləndirilməsi nəticəsində meydana gəlib. Bundan başqa, 2017-ci ilin ilk rübündə dövlət idarəetmə orqanlarının borclarının artdığı vurğulanıb. 

Xatırladaq ki, aprelin 7-nə Rusiyanın beynəlxalq ehtiyatları həftəlik müqayisədə 2,2 mlrd. dollar və ya 0,6% azalaraq 395,7 mlrd. dollara düşüb.
 
Demokratik.Az
Oxşar xəbərlər