ABŞ və Yaponiya donanması Koreyada: Çindən açıqlama

  • 13 apr 2017, 18:14

Çin Koreya yarımadasında müharibə və xaosa imkan verməyəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çin Xarici İşlər naziri Van İ söyləyib. O, Koreya yarımadasındakı bütün tərəfləri dialoqa səsləyib.

Nazir yarımadada vəziyyətin pisləşəcəyi halda Çinin öz tarixi məsuliyyətini yerinə yetirəcəyini açıqlayıb.

Qeyd edək ki, ABŞ Cənubi Koreyaya "Karl Vinson” təyyarədaşıyan gəmisini göndərib və döyüş hazırlığı əmri verib. Yaponiya da ABŞ-a dəstək məqsədilə əraziyə hərbi donanma yollayıb, həmçinin, Şimali Koreyanın kimyəvi raketi sınaqdan keçirməyə hazırlaşdığını açıqlayıb.

Pxenyanın buna qarşılıq olaraq müharibə hazırlıq gördüyü iddia edilir.

 

Demokratik.Az

Oxşar xəbərlər