Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:00 - 27.04.2018  
Əsəd devriləcəkmi? ABŞ hərəkətə keçib
Tarix: 7-04-2017, 13:47 | Bölmə: Xəbərlər » Dünyada

Əsəd devriləcəkmi? ABŞ hərəkətə keçibABŞ-ın ötən gecə endirdiyi "Tomoqavk” zərbələri nəticəsində Suriya ordusunun əş-Şirayat aviabazasında biri general olmaqla çoxsaylı hərbçi öldürülüb, 15 hərbi təyyarə məhv edilib. Bu barədə Amerika mənbələri xəbər verir. Aviabazaya ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən cəmi 59 qanadlı raket buraxılıb. İnternetdə yayılmış görüntülərə əsasən aviabazada raketlər bir-birinin ardınca partlayır, alov səmaya qalxır.

Öldürülən generalın hərbi bazada dislokasiya olunmuş 2-ci briqadanın komandiri Xəlil İssa İbrahim olduğu bildirilir. Mənbələr Suriyaya yeni raket hücumlarının gözlənildiyini xəbər verib. Xatırladaq k, ABŞ-ın Əsəd rejiminə qarşı bu raket zərbələri Suriya aviasiyasının aprelin 3-də İdlib əyalətinin Xan-Şeyxun qəsəbəsinə endirdiyi kimyəvi silah zərbələrinə cavabdır. Həmin hücumda yüzdən çox mülki sakin həlak olub. Onların arasında çoxsaylı azyaşlılar da var.

Əsəd devriləcəkmi? ABŞ hərəkətə keçib

Raket zərbələrindən sonra mətbuat konfransı keçirən dövlət katibi Reks Tillerson bəyan edib ki, Trampın bu qərarı "ölkələrin qırmızı xətti keçdiyi halda nə baş verəcəyini” göstərir. Tillerson bildirib ki, ABŞ artıq Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasına yönəlmiş tədbirlər görür.

Dövlət katibinin sözlərinə görə, raket zərbələrindən əvvəl Rusiya rəhbərliyi ilə diplomatik kanallarla təmas yaradılmayıb. Bununla belə ABŞ və Rusiya hərbçiləri arasında Suriyada koordinasiyaya dair razılaşmalara əməl olunub. Bu isə o deməkdir ki, hərbi kanallarla raket zərbələri barədə Rusiya tərəfi xəbərdar edilib.

Əsəd devriləcəkmi? ABŞ hərəkətə keçib

ABŞ-ın raket zərbələrinin ardınca İsrail aviasiyasının da Suriyanın Dəraa vilayətinə zərbələr endirdiyi haqda sosial şəbəkələrdə xəbərlər yayılıb. Bildirilir ki, zərbələr əl-Manşiyah bölgəsinə endirilib. İsrail ordu komandanlığı məlumatı şərh etmir. Bununla belə xəbər verilir ki, İsrail aviasiyasının zərbələrindən sonra Azad Suriya Ordusunun dəstələri həmin istiqamətdə hücuma keçiblər.

Kürd mənbələri isə xəbər verir ki, raket zəbələrindən sonra Deyr əz-Zor bölgəsində Amerika ordusu desant çıxarıb. Desantın iki vertolyotdan endirildiyini və Hamat-ə-Tabani rayonunda hansısa avtomobilə hücum olduğu bildirilir. Avtomobildəkilərin hamısı öldürülüb. Ehtimal edilir ki, bu, İŞİD liderlərindən hansısa birinə qarşı xüsusi əməliyyatdır.

Suriya mənbələrinin bildirdiyin görə, Amerikanın raket zərbəsindən əvvəl əl-Şirayat aviabazasının personalı evakuasiya olunmuşdu və bu səbəbdən tələfat az olub.

Şahidlərin dediyinə görə bu, hücumdan bir neçə dəqiqə əvvəl baş verib. Raket zərbələri hərbi aeroportun nəzarət qülləsini, təyyarələrin olduğu anqarları, sursat anbarını, uçuş-enmə zolağını dağıdıb. İsrail və Səudiyyə Ərəbistanı ABŞ-ın raket zərbələrini dəstəkləyib. Baş nazir Benyamin Netanyahu bildirib ki, ABŞ bununla bütün dünyaya nümunə göstərib.


Xəbər 1264 dəfə oxunub






Oxşar xəbərlər

Güləşçimiz erməni rəqiblərini məğlub edib çempion oldu
“Alabala”, “paket” maaşlar… Vəzifədən gedən məmurlar necə yadda qaldılar?
Baş nazir müavinlərinin vəzifə bölgüsü və kurasiya müəyyənləşdi
Mayk Pompeo ABŞ dövlət katibi oldu
Hüseyn Abdullayevə əlavə ittihamlar irəli sürüldü
Lalə Şıxlinskayanın itinin yeməyinə hər ay 500 manat xərclənib VƏ..
Temperatur yüksəlir - HAVA PROQNOZU
ƏSA Teatrı ABŞ-da bizi təmsil edəcək
Hacıbala Abutalıbovun vəzifələri BƏLLİ OLDU
Şimali və Cənubi Koreyada barışıq - 65 ildən sonra
Gəncədən yeni baş nazirə ŞİKAYƏT - kəhriz muzeyi ixtirası və mücərrəd iddialar
Mayda neçə gün evdəyik? - AÇIQLANDI
Angela Merkel İlham Əliyevi təbrik edib
Rusiya “Alfa” qrupunu İrəvana göndərdi: SOS
Ramiz Mehdiyevə Rusiyanın “Şərəf” ordeni verildi
Səlim Müslümovun bu qərarı ləğv olundu
Yeni nazir Səlim Müslümovun əsas adamını işdən çıxartdı
“GİZLİ İQTİDAR DÜŞMƏNİ” HANSI SƏFİRDİR? – - "Quska"nın həbsinin izi ilə
Daha bir erməni rəsmisi aradan çıxdı - Moskvaya
"Metronun ağzının lazım olmayan istiqaməti.." - Jurnalistdən zəruri təklif
Xəzərdə itkin düşən idmançılar tapılmır - FOTOLAR
Azərbaycandakı vulkanlar da qızıl püskürür - KƏŞF
Heydər Əsədovun adamları "vurulur" - yeni nazir "özkomanda" formalaşdırır
1 günə 86 cinayət - Açıqlama
Beynəlxalq Bankda batan milyardlar - çıxış yolu nədir...
Yunusbek Yevkurov İlham Əliyevi təbrik edib
Lənkəranda kütləvi DAVA
ATƏT-in baş katibi Azərbaycan prezidentini təbrik edib
Gəncədə məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub
Kəndçiləri təhqir edən xanım məmurun atası Metropolitenin rəis müavini imiş
Laçının əsgərlikdə olmayan icra başçısı – FOTOFAKT
“Quska”nı Kürdəxanı təcridxanasına aparan səbəb... - keçmişinin bugünü
Ruhani Azərbaycan dili haqda danışdı
“Pokrovka Məhərrəm” tərəfdaşlarına 14 milyon dollar “atıb”
Ramzan Kadırov: “Çeçenistana gəlsə, Tramp həbs ediləcək”
“Rusiya Əsədə S-300 raketləri verməyib” – Hərbi-diplomatik mənbə
Cibgirlik edən şəxs yaxalanıb
Əliyev və Ərdoğan arasında təkbətək görüş keçirilir
Sabiq komitə sədri PA rəhbərinin ittihamlarını RƏDD edir
Cümhuriyyətin 100 illiyi ilə bağlı medal təsis edilir
43 min işçisi olan şirkət Azərbaycanı tərk edir
“AzeriLight”ın qiyməti 76 dolları keçib
Milli Məclis 3 yeni qanun qəbul edəcək
Tramp da erməniləri məyus etdi
ADAU-NUN BEYNƏLXALQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR
İraq İŞİD-in Suriyadakı obyektinə zərbələr endirdi
Azərbaycanda xanım nazir təyin edildi
Kəndliləri təhqir edən şöbə müdiri üzr istədi- FOTO
DSX əməliyyat keçirib: külli miqdarda narkotik saxlanılıb
Bakı Metropoliteninin vəzifəli şəxsi rayonluları aşağıladı- FOTOLAR
Elçibəyi təhqir edən yazara ağır cavablar verildi
Goranboyda ilanlar evlərə hücum edib
İran şahının mumiyası tapıldı – FOTOLAR
25 aprelin QOROSKOPU
“Formula-1" yarışlarına 2 gün qaldı
"Quska" Kürdəxanı təcridxanasına aparıldı
"İranla nüvə razılaşması axmaqlıqdır.." - Tramp
Yeni sədr kollektivə təqdim olunub - FOTO
Sarkisyan Azərbaycana gətirilə bilər
Şəmkirdə toy yasa döndü
Elçibəyin yubileyi ilə bağlı mitinq keçiriləcək
Rusiyada qadın və kişilər üşün ümumi HAMAMLAR
Ramiz Mehdiyev Nazim İbrahimovu tənqid etdi - İşinin öhdəsindən gəlməyib
Prezident İlham Əliyev Türkiyədədir- Fotolar
Əflatun Amaşov Ombudsmanın fəaliyyətini tənqid edib
Ermənistanda məxməri inqilabı kim etdi: Rusiya, yoxsa Qərb?
Ramiz Mehdiyev yeni təhsil nazirini kollektivə təqdim edib
"Roma" İngiltərəyə 22 futbolçu ilə getdi - siyahı
Vəzifə təyinatı alan deputatlarla bağlı prezidentə - TƏŞƏKKÜR
“Rus qadınlarından uzaq durun!” - Xəbərdarlıq

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10625] initstartout [0.00014] initstartin [0.00059] calstart [0.00936] calend [0.00048] topnewsend [0.00394] rsssend [0.00000] ehgend [0.00525] tagsstart [0.00058] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08588]