Demokratik TV
Xəbər lenti
"Peterburq partlayışı"nı terrorçu-kamikadze törədib
- 04 apr 2017, 07:45
İlkin araşdırmalara əsasən, Peterburq metrosunda
partlayış terrorçu-kamikadze tərəfindən törədilib.
APA-nın xəbərinə görə, bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanlarındakı
mənbə məlumat verib.
"Cinayətkarın şəxsiyyəti artıq müəyyənləşdirilib. O, Orta Asiya mənşəlidir və
Suriyada döyüşən silahlılarla əlaqəsi olub”, deyə mənbə bildirib.
Onun sözlərinə görə, vaqonda 200-300 qram trotil ekvivalenti gücündə əldəqayırma
bomba partlayıb. Mənbə həmçinin bildirib ki, "Texnoloji institut" və
"Sennaya ploşşad" stansiyaları arasında işə salınan partlayıcı qurğu
bir qədər sonra "Ploşşad Vosstaniya" stansiyasında zərərsizləşdirilən
partlayıcı ilə eyni olub.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti