Martın 24-nə keçən gecə Rusiya Milli Qvardiyasının
("Rosqvardiya”) Çeçenistanın Naur rayonu ərazisindəki hərbi hissəsinə hücum
olub. Məlumata görə, hadisə yerli vaxtla saat 02:00-03:00 arasında baş verib.
Səkkiz nəfər silahlı hərbi hissəyə daxil olmağa cəhd göstərib. Baş verən döyüş
zamanı onlardan 6-sı öldürülüb. İkisi isə gizlənməyə nail olub.
Rusiya Milli Antiterror Mərkəzindən bildirilib ki, hərbçilər arasında ölənlər və
yaralananlar var. Ölən hərbi qulluqçuların sayının 6 nəfər olduğu
açıqlanıb.(apa)