Üçüncü kampaniya: Rusiya parçalanmağa doğru...

  • 17 mart 2017, 20:41

Rusiya Ukraynaya qarşı üçüncü kampaniyaya başlayır.

Axar.az xəbər verir ki, bu sözlər rusiyalı ekspert Andrey Piontkovskinin "Novoy Vremya” saytında dərc olunan məqaləsində yer alıb.

"Moskvanın birinci kampaniyasının məqsədi Novorossiya yaratmaq idi, lakin bu istiqamətdə uğur əldə olunmadı. İkinci plan isə separatçı rejimləri Ukraynanın tərkibinə daxil edib, konstitusiya dəyişikliyinə nail olmaq və bununla da dövləti məhv etmək idi. Bunda da uğur qazana bilməyən Kreml üçüncü kampaniyaya başlayır. Bu dəfə açıq şəkildə separat bölgələrə dəstək nümayiş etdiriləcək, onlar tanınacaq və hərbi provokasiyaların həcmi artacaq. Moskva hətta burada mayor Prilepinin rəhbərliyi altında Kiyevə də hərbi yürüş etmək fikrini gerçəkləşdirmək istəyəcək. Donetsk və Luqansk sadəcə Dnestryanı olmayacaq. Bura qeyri-müəyyən sərhədləri olan Dnestryanına çevriləcək. Moskva onun sərhədlərini daima genişləndirməyə çalışacaq. Bu isə öz növbəsində Rusiya üçün böyük iqtisadi yük olacaq və o, durğun olan iqtisadiyyatda neqativ təsirlərini göstərəcək.

Kreml Donbasdan prezident kampaniyası dövründə getmək istəmir. Bu onun üçün ağlagəlməz bir şeydir. Hazırkı hökumət builki seçkilərdə öz seçicisinə yeni imperiya maraqlarından başqa heç nə təklif edə bilmir. Donbasda öz təsirini genişləndirmək onun yeganə hədəfi deyil. Bununla eyni zamanda Cənubi Osetiyanın anneksiyası rəsmiləşdirilir, Belarusa təhdid artırılır, Lukaşenkoya qarşı açıq informasiya müharibəsi aparılır. Bütün bunlar Rusiyanı parçalanmağa doğru yönəlir”, – deyə o bildirib.

Oxşar xəbərlər