Ərdoğan və Putin bu gün görüşür

  • 10 mart 2017, 10:24

Ərdoğan bu gün rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Görüşdə "S-400" raketlərinin alqı-satqısı ilə bağlı son nöqtə dəyərləndiriləcək. NATO isə bu müqaviləyə mənfi yanaşır.

Prezidentlər Türkiyə-Rusiya yüksək səviyyəli əməkdaşlıq şurasına sədrlik edəcəklər. Müzakirələrdə iş adamlarına aid vizaların ləğv edilməsi görüşüləcək. İki ölkə arasında qida, kənd təsərrüfatı, turizm, müdafiə, nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə ediləcək. İki ölkənin müdafiə sənayesi rəsmiləri arasında aparılan raketdən müdafiə sisteminin alışı üçün aparılan danışıqlarda əldə edilən nəticələr dəyərləndiriləcək. NATO isə bu müqaviləyə müsbət yanaşmır.

Görüşdə həm də Suriya və İraqdakı məsələlər də müzakirə ediləcək. Liderlər Astana və Cenevrə görüşlərini dəyərləndirəcəklər.

Oxşar xəbərlər