Demokratik TV
Xəbər lenti
Sərkisyan Fransada "savaş mesajı" verdi
- 08 mart 2017, 21:59
Fransada səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyan "France Press” agentliyinə müsahibəsində Paris, Moskva və Vaşinqtonu "Azərbaycanı müharibəyə başlamaqdan çəkindirməyə” çağırıb.
Virtualaz.org xəbər verir ki, Sərkisyan Qarabağda müharibə təhlükəsinin qaldığını deyib. "Çünki Azərbaycan münaqişənin hərbi yolla həllinin mümkün olmadığına hələ əmin olmayıb”-Sərkisyan deyib.
Ermənistan prezidentinin sözlərinə görə, erməni ictimai şurunda hərbi əməliyyatların başlaması "zaman məsələsidir”, ola bilsin bir neçə həftə və ya ayın məsələsidir. "Ona görə də silahlı qüvvələrin baş komandanı və müdafiə naziri günü sabah başlaya biləcək müharibəyə hazır olmalıdır”-Sərkisyan bildirib. Bununla belə Ermənistan dövlət başçısı əlavə edib ki, hərbi əməliyyatların bərpasının yaxın gələcəyin məsələsi olduğuna inanmır, ancaq heç nəyi istisna etmir.
Sərkisyan Rusiyanın Azərbaycana milyardlarla dollarlıq silah satmasını "ağrılı qarşıladıqlarını” da bildirib. "Biz bundan təəsüflənirik, çünki Rusiya bizim strateji müttəfiqimizdir”-o deyib.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
"Qarabağda yeni müharibə başlaya bilər"
Sərkisyan Rusiyanı da aldadır
İlham Əliyev zalı tərk etdi, Sərkisyan həmsədrlərlə qaldı
"Sülh müqaviləsi hazır idi, Sərkisyan son anda..."
Sərkisyan əleyhdarları memorandum imzaladılar - FOTOLAR
Yaşar Aydəmirovdan erməni müdafiə nazirinə
Cəbhədə gərginlik pik həddə - savaş sifarişi kimdən gəlir?
Ermənistan qarışır... baş nazir getdi
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti