Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:18 - 20.09.2018  
Əhəd Abıyevlə Namiq Süleymanov TALANÇILIĞI
Tarix: 14-06-2016, 17:16 | Bölmə: Xəbərlər » Bölgə

Ərazi nümayəndəsi Nüsrət Vəliyev dövlətin pullarını şəxsi biznesinə sərf edir

Filizsaflaşdırma Kombinatının direktoru Ələddin Sadıqov təbii sərvətləri ölkə xaricinə necə çıxardır?

Gözdən-qulaqdan uzaq bölgələrdə məmur özbaşınalığı paytaxta nisbətən daha geniş vüsət alıb. Prezident İlham Əliyevin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, məmurlar öz əməllərindən əl çkəmir, yenə öz bildiklərini edir, dövlətin büdcəsini talamaqla məşğul olur.

Qanunsuzluqların baş alıb-gediyi rayonlardan biri də Daşkəsəndir. Sabiq millət vəkili Əhəd Abıyevin başçılıq etdiyi rayondan gələn şikayətlərin ardı-arası kəsilmir. Bildirilir ki, icra başçısı rayonu şəxsimülkinə çevirib, rayonu istədiyi kimi idarə edir, yaxın ətrafına böyük səlahiyyətlər verib ki, onlarda vətəndaşları talamaqla məşğuldur.

MilliYol.Az-a məlumat verən mənbə bildirir ki, Əhəd Abıyevin ən böyük səlahiyyət verdiyi məmurlardan biri müavini Namiq Süleymanovdur. Deyilənə görə, onun Bakıda villası, bahalı maşınları, rayonun mərkəzində üçmərtəbəli oteli hansı vəsaitlə inşa etdirməsi araşdırma mövzusudur. Onun biznesinin bununla yekunlaşmadığı və varidatının bir hissəsini ölkə xaricinə çıxardığı deyidir. Daxil olan məlumata görə, Namiq Süleymanov hər ay idarə və müəssisələrdən xərac yığır. Bu pulların böyük hissəsi isə Əhəd Abıyevə çatır.

Kimsəyə məhəl qoymadan, prezidentin tapşırıqlarına qarşı gedərək rayon camaaatını incidən Əhəd Abıyevin əsas adamlarından biri Daşkəsənin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nüsrət Vəliyevdir. Namiq Süleymanov və Nüsrət Vəliyev Əhəd Abıyevin əsas kadrları hesab olunur. Nüsrət Vəliyev dövlət pullarını öz biznesinə sərf edir. Rayon sakinləri qeyd edir ki, icra nümayəndəsinə əlavə imtiyazlar verilib. Bu imtiyazları icra başçısı Əhəd Abıyevin tərəfindən qazanıb. Onun sağ əli sayılan və rayondakı maxinasiyalarda xüsusi rolu olan Vəliyevin fəaliyyəti araşdırıla bilər. İddialara görə, Nüsrət Vəliyev Bakı, Gəncə və Qazaxda villalar tikdirib, Daşkəsənin mərkəzində 3 mənzil alıb, saysız-hesabsız mülklərə sahiblənib. Onun villalarının qiyməti milyon manatdan artıqdır. 

Daşkəsəni çapıb-talayanlardan birinin də Filizsaflaşdırma Kombinatının direktoru Ələddin Sadıqovun olduğu bildirilir. MilliYol.Az-a məlumat verən mənbə bildirir ki, rayonda dəmir-filiz mədəninə direktorluq edən Ələddin Sadıqov yeraltı sərvətlər hesabına malikanələrə, bahalı avtomobillərə sahiblənib. Onun Bakıda üçotaqlı mənzil, Gəncədə üçmərtəbəli villa və ticarət məntəqəsi, Daşkəsənin Xoşbulaq yaylağında 12 sotluq bağ evi var. Bu mal-mülkə yiyələnən Ələddin Sadıqov məhz təbii sərvətlərdən gələn milyonların hesabına varlanıb. Əhəd Abıyev Ələddin Sadıqovun həyat yoldaşını baxça müdirəsi, qardaşını isə su idarəsinə müdir təyin edib.

Məlumatlarda bildirilir ki, Ələddin Sadıqov 8 ildir filiz yataqlarını alt-üst etməklə məşğuldur. Hətta icra başçısı ilə birləşib 200 min ton dəmir filizi Gürcüstana aşağı qiymətə satdığı da vurğulanır. Qeyd edir ki, dünya bazarında 50 dollardan yuxarı olan filizi 15 dollardan qonşu respublikadakı firmaların birinə satıb. Mənbə bildirir ki, Ələddin Sadıqov bir il ərzində 7 bahalı avtomobili yaxınlarının adlarına rəsmiləşdirərək şəxsi mülkinə çevirib.

Məlumatda o da bildirilir ki, icra başçısı Əhəd Abıyev və "Vüsel” şirkətinin rəhbəri Tahir Hüseynov Daşkəsəndə evlərin dam örtüyünü dəyişmək adı altında 1 milyon manat "siliblər”. Əhəd Abıyev rayon ayrılan vəsaitləri və daxili büdcədən ayırdığı pulları məhz Tahir Hüseynovun "Vüsel” şirkəti vasitəsi ilə həyata keçirir. Daha doğrusu, icra başçısı ilə şirkət rəhbəri əl-ələ verərək büdcə pullarını "yuyurlar”. Bildirilir ki, rayon mərkəzindəki bina evlərinin dam örtüklərinin və fasadlarının yenilənməsi üçün ayrılan 1 milyon manata yaxın vəsait icra başçısı Əhəd Abıyev tərəfindən mənimsənilib. 1 milyonluq layihə daxili tenderlə Əhəd Abıyevin ortağı Tahir Hüseynovun "Vüsel" şirkətinə verilib. Amma adı çəkilən şirkət bir neçə binaların dam örtüklərini dəyişməklə işini bitmiş hesab edib. İddia olunur ki, ayrılan vəsaitin 50 faizini əvvəlcədən Əhəd Abıyev nəğdləşdirərək götürüb. Qalan vəsait isə "Vüsel" şirkətinin rəhbəri Tahir Hüseynov da daxil olmaqla bir neçə məsul şəxsin arasında bölüşdürülüb. Ayrılan vəsaitin təqribən 200 min manatı nəzərdə tutulan işlərə sərf olunub. Qalanı isə Tahir Hüseynov, Namiq Süleymanov və bir neçə digər məsul şəxs tərəfindən mənimsənilib.

Xatırladaq ki, "Vüsel” şirkəti Daşkəsən rayonunda Zağal-Kollu-Çıraqlı kəndlər arası yollarının tikintisini həyata keçirdib. Həmin yolun ümumi tikintisinə 13 milyon manat vəsait xərclənib. 

Demokratik.Az yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırdr...
Xəbər 2796 dəfə oxunub






Oxşar xəbərlər

Prezident Ramil Usubovu mükafatlandırdı (FOTO)
Etimad İsmayılovla Sevil Nuriyevanın -BÖYÜK SEVGİ HEKAYƏSİ
Gözəl Dəmirov Etimad İsmayılovu NİYƏ öldürüb?
BU GÜN AŞURADIR - ZİYARƏTGAHLARDA CANLANMA VAR
Ərdoğan ABŞ-la strateji tərəfdaşlığa ümid bəsləyir
Küveyt parlamentinin sədri Azərbaycana gəlib
GÖMRÜK İNSPEKTORU VƏZİFƏSİNDƏN QOVULDU - Rüşvətə görə
Azərbaycanda Neftçilər günüdür
İlyas İsmayılovun oğlu öldürülüb; qatil polis polkovnikidir!
Hindistanda “islam boşanması” qadağan olundu
Bəşər Əsəd də Putinə başsağlığı verib
DGK sədri Səfər Mehdiyev Latviya səfiri ilə görüşüb
Köçəryan Paşinyanı “tez alışıb yanan” meteoritə bənzətdi
40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib
Tədris ili və Bakının tıxaclı günləri başladı
"Ələt Azad İqtisadi Zona"sı barədə sərəncam imzalandı
“Ermənistan son günlərdə 4-5 hərbçi itirib...” - RƏSMİ
ŞOK OLAY! - Təhsil Nazirliyinin Gəncə ƏMHM-in möhürü və direktoru "yoxa çıxıb" - NİYƏSİ
Şəhərin mərkəzində qızların sinəsində şəkil çəkdi – VIDEO
Əsgər Heydər Əliyev and içdi - VİDEO
111 yaşlı kişinin hələ də məşq edir - FOTO
Gürcüstan Ermənistanın blokadasını gücləndirdi
Bu dərman insan həyatı üçün təhlükəlidir
Trampdan Ukraynadan üzr istəmək tələb olundu
Ərdoğan və Putindən birgə bəyanat - VİDEO (YENİLƏNİB)
ULDUZ FALINIZ – 18 sentyabr
“Soçi görüşü bölgə üçün daha fərqli bir ümid yaradacaq”
Ekspertdən kreditlərlə bağlı vacib açıqlama
İnam Kərimov Gəncədə - ADAU-da yeni dərs ilinin açılışında olub
Azərbaycana payız fəsli nə zaman gələcək?
18 yaşlı tələbə qız ölkə gözəli oldu - FOTO
Fikrət Qocanın nəvəsi Heydər Əliyevlə birgə hərbi xidmətdə - VİDEO - FOTOLAR
Fövqəlnazirin yeznəsi DGK-da işdən çıxarıldı
Ağstafada ŞOK olay - iki maskalı avtomatdan atəş açdı və...

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12852] initstartout [0.00026] initstartin [0.00130] calstart [0.01651] calend [0.00094] topnewsend [0.00751] rsssend [0.00000] ehgend [0.01090] tagsstart [0.00090] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09015]