Gəncədə dini cərayan təbliğatçıları məsuliyyətə cəlb olunub

  • 14 noy 2015, 22:03

Gəncə şəhər Baş Polis İdarəsinin, Kəpəz rayon Polis İdarəsi ilə birgə keçirdiyi əməliyyat tədbiri ilə Gəncə şəhərində "Yehova şahidləri” kimi tanınan dini cərəyanın təbliği ilə məşğul olan şəxslər məsuliyyətə cəlb olunub. Demokratik.Az saytı Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Əhməd Cavad küçəsi 47 saylı mənzildə dini ayinlərin yerinə yetirilməsi zamanı polis tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı 5 azyaşlı olmaqla 27 nəfər saxlanılıb. Onlar Kəpəz rayon Polis İdarəsinə gətirilib.

Hazırda bu şəxslər barəsində Azər baycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 299.2 ci maddəsi ilə pratakol tərtib edilib. Həmin şəxslər sabah məhkə mə qarşısına çıxarılacaq .

 

Demokratik.Az