Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:20 - 21.09.2019  
Gədəbəyli sahibkarlar, icra başçısından prezidentə şikayət: “Haqqımızı istəyirik”
Tarix: 23-10-2015, 07:45 | Bölmə: Xəbərlər » Bölgə

Gədəbəyli sahibkarlar, icra başçısından prezidentə şikayət: “Haqqımızı istəyirik”

 

Gədəbəy rayonundan olan bir qrup sahibkar Prezident Aparatının qarşısında etiraz aksiyası keçiriblər. Onlar Gədəbəy İcra Hakimiyyətinin başçısı Ramiz Yedigarovun rayonda yaratdığı xaosa son qoyulmasını istəyiblər. 

Xatırladaq ki, Gədəbəy rayon icra başçısı Ramiz Yedigarov Bakıda keçirilən aksiayada etirazını bildirən sahibkar Rasim Hərriyevi həbs etdirib. Bundan əlavə, Əliyev Oqtay Qara oğlunu şikayətçi olduğu üçün 15 sutka həbs etdirib. 

Sahibkarların sözlərinə görə, icra başçısı etirazını bildirənləri həbs etdirəcəyini deyib. Rayonda iclas keçirərək, sakinləri hər hansı problemlə bağlı yuxarı instansiyalara etirazını edəcəyi təqdirdə, həbs olunacağı ilə hədələyib. Növbəti dəfə sahibkar Oqtay Əliyevi həbs edəcəyini deyib. 

Musavat.com-un əməkdaşı aksiyanın keçirildiyi əraziyə baş çəkərək sahibkarların problemlərini dinləyib. 

Sahibkar Oqtay Əliyev tikilməkdə olan və ona məxsus istirahət obyektinin rayon icra hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan söküldüyünü bildirdi: "Qalakənd meşə zonasında istirahət mərkəzi tikdirməyə başladım. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sərəncamında olduğu üçün qanuni sənədləşmə aparıldı və tikinti üçün icazə aldım. Həmin sərəcmana uyğun olaraq obyekti tikdirməyə başladım. Həmin ərəfədə Gədəbəy Rayon Icra Hakimiyyəti başçısının müavinləri tikintini dayandırdı. Bu zaman Qüdrət Paşayevlə görüşdüm və razılıq əldə etdikdən sonra işimə başladım. Lakin bir müddətdən sonra 2014-cü ilin iyulun 14-də xəbərim olmadan obyektimi yerlə-yeksan etdilər. Səbəb isə onların tələb etdiyi məbləği verməməyim oldu. İcra Hakimiyyətindən Rüstəm Nağıyev isə mənə dedi ki, əgər dediyimiz məbləği verməsən uçuracağıq. Mən isə bildirdim ki, siz qanunsuz olaraq söküntü etsəniz, mən dövlətin qanunları ilə haqqımı tələb edəcəyəm, bu işi yerdə qoymayacağam. İyulun 23-də icra nümayəndələri gəlib obyekti sökdülər. Bununla bağlı məhkəmə də oldu və mənim xeyrimə hökm çıxarıldı. Lakin hələ də icra başçısı Ramiz Yedigarov məhkəmə tərəfindən kəsilən təzminatı ödəmir. İcra başçısı Ramiz Yedigarov rayonda iclaslar keçirir və mənim həbs olunacağımı deyir. Mən Rusiyada öz zəhmətimlə qazandığım pullarla doğma vətənimdə iş qururam, bunlar isə mənə imkan yaratmaqdansa, qarşımı kəsirlər". 

Sahibkar Oqtay Əliyev bütün bu hadisələrlə bağlı müxtəlif dövlət qurumlarına çoxsaylı müaciətlər etdiyini dedi: "Şikayətlərimlə bağlı Gədəbəy Rayon Prokurorluğu cinayət işinə başlayıb və rədd edib. Prokurorluğun cinayət işində yazılıb ki, həqiqətən ndə Oqtay Əliyeva məxsus olan obyekt Gədəbəy rayonunun icra nümayəndələri tərəfindən sökülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də, söküntünün icra nümayəndələri tərəfindən aparıldığına dair sənəd verib. Gəncə İnzibati İqtisad Məhkəməsi 5 dəfə sənəd verərək bildirib ki, söküntü Gədəbəy İcra Hakimiyyəti əməkdaşları tərəfindən aparılıb. Bütüb bunlara baxmayaraq, icra başçısı Ramiz Yedigarov deyir ki, sizi həbs etdirəcəm, gedin nə bilirisiniz, onu da, edin. İndi isə Prezident Aparatına gəlmişik ki, kimsə bizi qəbul eləsin, şikayətimizə baxsın". 

Oqtay Əliyev adlı başqa bir sahibkar da ona məxus olan mağazanın xəbərdarlıq edilmədən söküldüyünü dedi: "İcra başçısı Ramiz Yedigarov obyektimi sökdürdükdən sonra onun barəsində çoxsaylı şikayətlər etdim. Lakin icra başçısı məni həbs etdirdi. 15 sutka həbsdə qaldım. Bu prosesdən sonra Prezident Aparatının qəbul şöbəsində Tağı Tağıyevlə görüşdüm və başıma gələn hadisəni danışdım. O isə mənə bildirdi ki, şikayətinizə baxılacaq. İcra Hakimiyyətində Qüdrət və Zülfüqar adlı icra nümayəndələri mənə hədə-qorxu gəlirlər. Rayonda icra başçısı Ramiz Yedigarov tərəfindən hər an həbs olunacağımı hiss edirəm". 

Sahibkarla yanaşı, digər problemləri olan bir neçə Gədəbəy rayon sakini də şikayətlərini bildiriblər. 

Şikayətçilərdən Rəşad Səfərov fərdi yaşayış evlərinin tikintisinə də, icra nümayəndələri tərəfindən əl qoyulduğunu bildirdi:"Ailəm fərdi yaşayış üçün İcra Hakimiyyətindən torpaq üçün sərəncam alıb və inşaat layihəsi təsdiq olunub. İşə başlayarkən rayon icra nümayəndələri heç bir əsas göstərmədən tikintini dayandırıblar. Dəfələrlə müraciət etmişəm, ümumi ifadələrlə yola veriblər. Bizim burada toplaşmağımızın səbəbi Gədəbəy İcra Hakimiyyətinin etdiyi qanunsuzluğu ölkə başçısına çatdırmaqdır". 
Xəbər 2847 dəfə oxunub






Oxşar xəbərlər

"İMC" 2-ci “dəyirmi masa”sını Qazaxda keçirib
Şəhid övladı prezidentdən ev istəyir - MÜRACİƏT
ADAU-da təlimlər - yeni subsidiya qaydaları
Zaqatalada fındıq oğruları tutuldu
Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
İsa Qəmbər də Fuad Qəhrəmanlının əməlini pislədi
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
Qorxunc həqiqət elm dünyasını silkələdi: Ölüllər qəbirdə hərəkət edir
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.29008] initstartout [0.00020] initstartin [0.00112] calstart [0.01483] calend [0.00077] topnewsend [0.00713] rsssend [0.00000] ehgend [0.00767] tagsstart [0.00096] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.25735]