Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

06:38 - 20.11.2019  
Gəncədə Elmar Vəliyevin adı keçən mülk qalmaqalı
Tarix: 10-06-2015, 22:12 | Bölmə: Xəbərlər » Bölgə

Gəncə şəhər sakini İbrahimov İlqar Həsənəli oğlu bildirir ki, bu şəhərdə mülkiyyətində olan torpaq sahəsinin üzərindəki qeyri-yaşayış binası sökülüb, mülkiyyəti zəbt olunub və onun sahibkarlıq fəaliyyətinə son qoyulub.
"Gəncə şəhəri H.Əliyev prospekti, 161A ünvanında yerləşən 110.30 kvm. torpaq sahəsi və onun üzərində yerləşən 91.70 kvm. qeyri-yaşayış binası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) dövlət reyestrindən verilmiş 21.09.2011-ci il tarixli, MA 0260663 seriyalı, qeydiyyat nömrəsi 1511012110 olan "Çıxarış”a əsasən mənim tam mülkiyyətimdədir.
Mən həmin binada 1988-ci ildən fotoqraf fəaliyyəti ilə məşğul olmuşam. 31.10.1996-cı ildə həmin bina ƏMDK-də keçirilən auksionda özəlləşdirilərək mülkiyyəti təsdiq edən şəhadətnamə ilə mənim mülkiyyətimə verilib. Hələ 2004-cü ildə şəhərdə abadlaşdırma işləri aparılarkən həmin bina o zamankı şəhər rəhbərliyinin göstərişi və təqdim etdiyi layihə əsasında tərəfimizdən sökülərək öz vəsaitimizlə zirzəmi də əlavə olunmaqla müasir üslubda yenidən tikilib. Bütün bu işləri görmək üçün 200 000 manat məbləğində vəsait xərcləmişəm. Binanın qonşu binalarla heç bir müştərək divarı olmayıb və bina bütövlüklə istismara tam yararlı vəziyyətdə olub”,-deyə İlqar İbrahimov bildirib.
Gəncə şəhəri Cavadxan küçəsi 34 saylı ünvanda yerləşən dövlət tərəfindən mühafizə edilən XVIII əsrə aid tarixi abidə sökülməsi barədə heç bir rəsmi qərar olmadan 2011-ci ildə Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyi tərəfindən uçurulub.
İ.Məmmədov bildirir ki, həmin bina uçurulduqdan sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev onu qəbul edib: "Cavadxan küçəsi ilə H.Əliyev prospekti qonşudur. Bu tarixi bina da mənim mülkiyyətimin arxasında idi. İcra başçısı bildirdi ki, həmin ərazidə bir il ərzində möhtəşəm bir bina ucaldılacaq. "Həmin binadan sənin yerini mən verəcəm və mənim atama rəhmət oxuyacaqsan”. Bundan sonra 04.11.2011-ci il tarixində Gəncə şəhəri İcra Hakimiyyətinin vəzifəli şəxsləri protokol və akt tərtib etdi. Bina sökülərək torpaq sahəsi hasarlandı və şəxsi mülkiyyətimə sahiblik, istifadə hüququ qanunsuz olaraq bu günədək məhdudlaşdırılıb. Bununla da sahibkarlıq fəaliyyətimə son qoyulmaqla hər ay 2 000 manat olmaqla ötən üç il müddət ərzində 72 000 manat məbləğində gəlirimdən məhrum edilmişəm”.
Şikayətçi sahibkarın sözlərinə görə, o Prezident İlham Əliyevə pozulmuş hüquqlarımın bərpası üçün çoxsaylı teleqramlar və müraciətlər edib: "Prezident Administrasiyasında bu işə cavabdeh olan məsul şəxslər problemin həllinə qərəzli olaraq yardımçı olmayıblar. Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyevin qəbuluna beş dəfə yazıldım və hər dəfə onun köməkçiləri məni qəbul etdi. Köməkçilərdən biri Rəhim müəllim sonuncu qəbulda mənə bildirdi ki, sənin bu şikayətlərindən biz bezmişik, Gəncənin icra başçısı şəhəri gözəlləşdirir, bu qədər işlər görür, siz ondan nə istəyirsiniz? Başa düşə bilmirəm, mən neyləməliyəm? Şəhərdə aparılan abadlıq işlərinə görə mən qanunsuz olaraq zəbt edilmiş xüsusi mülkiyyətimdə olan əmlakımı geri tələb etməməliyəm?”
İ.İbrahimovun zəbt olunmuş mülkiyyətinin üzərində tikilən "Biznes Mərkəzi”nin sifarişçisi "Gəncə Bazar Store” MMC-dir. Onun təsisçisi Yevlaxda yaşayan Cəbrayıldan məcburi köçkün Məmmədov Fikrət İbi oğludur. Elmar Vəliyev Gəncədən öncə Yevlaxın icra başçısı olub. "Gəncə Bazar Store” MMC-nin hüquqi ünvanı onun nizamnaməsində Xəqani Əbdüləzimova məxsus ev (Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi ev 9, mənzil 49) göstərilib. Xəqani Əbdüləzimov da hazırda Gəncə şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiridir.
"Biznes Mərkəzi”nin tikintisinin Şəhərsalma və Tikinti sahəsində mövcud qanunvericilik aktlarına zidd aparıldığı məhkəməyə təqdim etdiyimiz iddia ərizəsində, Fövqəladə Hallar Nazirliyinə və Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış şikayət ərizələrində kifayət qədər əsaslandırılıb. Qısa şəkildə sıralasaq həmin ərazidə aşağıdakı qanun pozuntularına yol verilib:
1. Gəncə şəhəri H.Əliyev prospekti 161A və Cavadxan küçəsi 34 saylı binalar heç bir əsas olmadan qanunsuz olaraq uçurulub.
2. 04.11.2011-ci il tarixində Gəncə şəhəri İcra Hakimiyyətinin vəzifəli şəxslərinin tərtib etdiyi protokola əsasən yeni tikilən binada mənim mülkiyyət hüququmun təmin ediləcəyi öhdəliyi icra edilməyib.
3. Şəhərsalma və Arxitektura Komitəsinin saytından götürülmüş Gəncə şəhərinin Baş Planında həmin ərazidə Biznes Mərkəzinin tikintisinin nəzərdə tutulmadığı görünür. Yəni həmin binanın tikintisi şəhərin Baş Planına ziddir.
4. Tikintiyə dair sənədlərə baxdıqda görünür ki, obyektin tikintisi üçün Gəncə şəhər İcra Hakimiyyətinin icazə sərəncamı olmayıb. Gəncə şəh. Nizami rayon İcra Hakimiyyətinin 377 saylı sərəncamı tikintiyə icazə sərəncamı deyil, torpaq sahəsində "Biznes Mərkəzi” binasının yerləşdirilməsinə (layihələndirilməsinə) dair sərəncamdır. Qanunun tələbinə əsasən həmin sərəncamı da rayon bölgüsü olan şəhərlərdə şəhər İcra Hakimiyyəti verməlidir. Sərəncamda Cavadxan 34 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 840 kvm göstərilsə də, DƏDRX-dən verilən arayışda 422 kvm göstərilib. Yəni torpaq sahəsinin ərazisi qanunsuz olaraq qonşu torpaqlar hesabına artırılaraq 840 kvm-ə çatdırılıb.
5. DƏDRX-dən verilən arayışda Cavadxan 34 ünvanında yerləşən torpaq sahəsinin dövlət mülkiyyətində olduğu və həmin torpaq sahəsinin satılması, icarəyə və ya istifadəyə verilməsi haqqında onlarda məlumatın olmadığı bildirilir. Deməli, "Gəncə Bazar Store” MMC həmin torpaq sahəsinə dair mülkiyyət, icarə və ya istifadə hüququ əldə etmədən tikintiyə başlayıb.
Mən qarşılaşdığım qanunsuzluqla bağlı bu ilin mayın 22-də Baş prokuror Zakir Qaralova da müraciət etdim”.
Mübahisəli vəziyyətə bir ildən artıq müddətdir Gəncə İnzibati-İqtisadi Məhkəməsində (hakim Kamil Rzayev) baxılır. İddia ərizəsində cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti göstərilib. Bu işlə bağlı son məhkəmə baxışı iclası 03.06.2015-ci il tarixində keçirilib.
"Həmin prosesdə İcra hakimiyyətinin nümayəndəsi guya məsələnin məhkəmədən kənar həll ediləcəyi ilə bağlı hakimdən 20 gün vaxt istəyib və məhkəmə cavabdehin ərizəsini təmin edib. Mən hər halda ümid edirəm ki, məhkəmə Gəncə Şəhər İcra Hakimiyyəti rəhbərliyinin qanunsuz hərəkətlərinə göz yummayacaq”-deyə İ.İbrahimov bildirir.
İ.İbrahimovun müraciətinə Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin 05.08.2014-ci il tarixli verdiyi cavabda tarixi binanın sökülməsi bu şəkildə əsaslandırılıb: "Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısına daxil edilən Cavadxan küçəsi, 34 nömrəli ünvanda yerləşən birinci mərtəbəsi qeyri-yaşayış sahəsi olan ikimərtəbəli yaşayış evinin sökülməsi ilə əlaqədar mütəxəssislər bu binaya vizual texniki baxış keçirib və müvafiq akt tərtib edib. Mütəxəssislərin rəyinə əsasən binada mühəndis-gücləndirmə və əsaslı təmir işlərinin aparılması iqtisadi cəhətdən səmərəsiz hesab edilib”.
Cavabda o da bildirilir ki, həmin tarixi binada yaşayanların mənzillə təmini üçün Nazirlər Kabinetinin 2011-ci il 04 iyul tarixli 177s nömrəli sərəncamı ilə Gəncə şəhər, Atatürk prospektində yeni yaşayış binasının tikintisi davam etdirilir.
"Eyni zamanda Sizə bu binanın qeyri-yaşayış sahəsindən mülkiyyətinizin əvəzinə sahə veriləcək. Buna baxmayaraq siz özünüzə məxsus qeyri-yaşayış binasının yerində nəzərdə tutulan tikintiyə layihə sənədlərinin verilməsi, pozulmuş mülkiyyət hüququnun bərpasına və məcburi iş buraxma müddətində sizə dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmisiniz”, deyə icra hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin cavabında bildirilir.
Gəncə şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin əməkdaşı Xəqani Əbdüləzimov bildirdi ki, məsələni məhkəmə dəyərləndirəcək.
İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin mətbuat üzrə məsul şəxsi Həsən Məmmədov isə dedi ki, o iş yerində deyil.Gəncədə Elmar Vəliyevin adı keçən mülk qalmaqalı
Xəbər 4641 dəfə oxunub






Oxşar xəbərlər

İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.25483] initstartout [0.00019] initstartin [0.00079] calstart [0.00928] calend [0.00050] topnewsend [0.00444] rsssend [0.00000] ehgend [0.00493] tagsstart [0.00061] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23404]