Hüseyin Salamov Gəncəyə nəzarətini itirib?

  • 09 fev 2015, 16:12

Demokratik.Az-a Gəncə şəhərinin bir qrup sürücüsü tərəfindən yeni şikayət məktubu daxil olub.

Məktubda DANX-ın Gəncə Regional Nəqliyyat Departamentinin xoşagəlməz fəaliyyəti,adıçəkilən qurumun məmuru Rasim Cəfərovun özbaşına əməlləri yer alır.Məktubda deyilir:

"Hörmətli Demokratik.Az saytının redaksiyası!Gəncə Regional Nəqliyyat Departamentində Avtobus şöbəsinin rəisi vəzifəsində çalışan Rasim Cəfərovun rüşvətxorluğu,qanundankənar hərəkətləri bizləri bezdirib.Saytınızda ötən ayda bu qurumun fəaliyyətini və Rasim Cəfərovun əməllərini ifadə edən tənqidi yazıya görə təşəkkür edirik.Sağ olun.Amma yazılanlar Rasim bəyin özbaşınalıqları barədə çox azdır.Belə ki,təxminən iki il əvvəlbizi (sürücüləri)toplayıb dedi ki,sürücülərdən hər biri gündəlik iki manat pul verməlidir.Bu pulun müqabilində isə heç birinizə qanunu pozsanız departament tərəfindən hansısa cərimə yazılmayacaq.Yəni Sürücü sükan arxasında siqaret çəkə bilər,telefonla danışa bilərmarşrut xəttini poza bilər və sair...Pulu verməyənlərin isə gününü qaraldacağam deyə Rasim müəllim biz sürücülərə ultimatumlar,hədələr etdi.Belə də etməklə hər gün məcbur olub Rasim Cəfərova bütün sürücülər havayıca pullar veririk.Çünki qələm onun əlindədir.Biz qorxuruq.Lakin artıq xeyli müddətdir ki,bu adam başqa yolla da rüşvət yığmağa başlayıb.Belə ki,o Gəncə şəhər icra başçısının adından hər ay 30 manat da tələb rdir ki,bu artıq bizi borc içində yaşamağımıza gətirib çıxarır.Güya bizdən yığılan pulları Rasim bəy aparıb şəxsən başçıya verəcək.Biz isə yekdilliklə buna inanmırıq.Bu biabırçılığa son qoyulan tapılacaqmı???

Biz Rasim Cəfərovun belə əməllərindən bezmişik.Səhərdən axşamacan işləyib evimizə çörəkpulu apara bilmirik.Belə getsə biz məcbur olub başqa yollara əl atacağıq.İşimizdən imtima edəcəyik.Odur ki,sizdən xahiş edirik ki,bizim bu problemimizi saytınızda ictimailəşdirəsiniz.Bəlkə Rasim bəyin özbaşınalığına son qoyula..."

Bildirək ki,Demokratik.Az olaraq yazılanlara aydınlıq gətirməyə çalışdıq.Təəssüf olsun ki,Departamentin sədri Xanoğlan Qasımov da başda olmaqla digərləri də Rasim Cəfərovun əməllərinə dolayı yollarla haqq qazandırırlar.Yazılanlar təsdiq olunmasa da tutarlı təkzib də eşidə bilmədik.Ən əsası isə bu cür tənqidi yazılara görə adıçəkilənlər vətəndaşları məhkəmə ilə qorxutmağı üstün tutur ki,bu da biabırçılıqdır.Yaxşı olardı ki,kimsə yazılanlardan dərs alıb öz işlərində daha səmimi,daha şəffaf işləsinlər.

 

Qarşı tərəfin də söz haqqını bir daha tanıdığımızı bəyan edirik.

 

Demokratik.Az 

Oxşar xəbərlər