Türkiyədə permanent terror, va-bank gedən PKK, qoca dövlətin reaksiyası

  • 05 yan 2017, 19:25
Türkiyədə baş verən bu hadisənin adı nədir? Terror olmasını bildik, bəs bu, nə vaxta qədər davam edəcək?

Son bir ayda 5 terror aktı olub. Həftəyə biri düşür. Əvvəllər ayda bir dəfə olardı, ya da iki dəfə. Məsələn, ötən ilə Türkiyədə 27 terror aktı olub. Bu il isə beş gündə ikisi. Axırıncısı İzmirdə.

Bombalı avtomobillə dövlət binasını, dövlət qulluqçularını hədəf almaq – bu, PKK-nın dəst-xətridir. 

Bəs PKK-ya "vur” əmrini kim verib? Əsas məsələ budur. Türkiyə rəhbərliyi artıq onlara barmaq tuşlamaqdadır.

Hiss olunur ki, onların maşa-təşkilat kimi istifadə etdiyi PKK va-bank gedir, qanını qaşığa qoyub, tam tərksilah olunmayınca dincəlməyəcək.

Tükiyə hökuməti ağır sınaq qarşısındadır.  O, bu terror bataqlığından qurtulmaq üçün bütün gücünü səfərbər etməyə məcburdur.

Ən pisi odur ki, prezidet Ərdoğanın komandası günü bu gün iş başından çəkilsə də, terror aktları dayanası deyil. 

Çünki onun hədəfi təkcə Ərdoğan hakimiyyəti deyil, daha çox Türkiyə dövlətidir. 

Dövlətin üstünə gələn terror təşkilatları özlərini hər zamankından daha güclü, daha arxalı hesab edirlər. 

Ancaq bu qoca dövlət bütün resurslarını hərəkətə gətirəcəksə, terror təşkilatları bütün havadarları ilə birlikdə tarixə gömüləcəklər. 

Terror müharibəsinə cəlb olunmuş Türkiyənin başqa variantı yoxdur, güclü olmağa, qətiyyət göstərməyə, hərəkətə keçməyə məcburdur.

Bu, hələ "dövlətin süqutu” deyil, tezliklə Türkiyə özünü toparlayacaq, əks-həmləyə keçəcək. 

X.Kazımlı
Oxşar xəbərlər