Suriya diktatoru: "Hələb İsa peyğəmbərin gəlişi ilə .."

  • 16 dek 2016, 21:34

 

Bəşər Əsəd müxaliflərin Hələbdən uzaqlaşdırılması ilə şəhərin azad olunmasını tarixin gedişini dəyişdirəcək bir hadisə kimi dəyərləndirib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, xəbər Suriya prezidentinin mətbuat katibliyindən yayılıb.
Əsəd deyib ki, bundan sonra Hələbin tarixini azadlıqdan əvvəl və sonrası kimi qiymətləndirərək ikiyə ayırmaq mümkün olacaq.
O, bu əməliyyatda hər bir Suriya vətəndaşının rolunun olduğunu vurğulayıb. Əsəd Hələbin azad edilməsinin İsa peyğəmbərin gəlişi ilə baş verdiyini deyib və bunu müqəddəs azadlıq adlandırıb.
Demokratik.Az
Oxşar xəbərlər