Türkiyənin hakim partiyası AKP-də FETÖ ilə əlaqəli olan şəxslərlə bağlı araşdırma aparılır.

"Əl -Cəzirə" telekanalı belə bir iddialı məlumat yayıb. Məlumata görə, 3 meyar əsasında partiyanın bölgə təşkilatlarında aparılan tədqiqatda 519 ad müəyyənləşdirilib. Bunlardan 100-nün istefası tələb olunub.
Qeyd edək ki, AKP-də 15 iyul dövlət çevrilişi cəhdinin ardından Avqust ayının əvvəlində bölgə təşkilatlarına göndərdiyi sərəncamla partiyadakı və bələdiyyələrdəki FETÖ-çülərin sürətlə təmizlənilməsi tapşırığı verilib.
Sərəncam partiya sədrinin müavini Hayati Yazıçının imzası ilə göndərilmişdi.
Demokratik.Az