Ermənistanda yeni baş nazir təsdiqləndi

  • 13 sen 2016, 12:20
Ermənistan prezidenti Serj Sərkisyan Karen Karapetyanın baş nazir təyin edilməsi barədə sərəncam verib.
 
Ovik Abramyanın istefasından sonra hakim partiyanın parlamentdə səs çoxluğu ilə irəli sürdüyü namizədin – Karen Karapetyanın baş nazir kimi rəsmi təsdiqi artıq baş tutub./Axar.az/
Ermənistanda hökumət bu gündən başlayaraq, 20 gün ərzində formalaşmalıdır. Nazirlər Kabinetinin üzvlərini baş nazirin təqdimatı ilə prezident təsdiqləyir.
Qeyd edək ki, Ermənistanda hökumət böhranı bir müddət öncə başlayıb. Ermənistan müdafiə naziri Seyran Ohanyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına rəhbər gedəcəyi, həmçinin XİN başçısı E.Nalbəndyanın istefa verəcəyi də gözlənilir. Yeni kabinetdə müxaliflərin təmsil olunacağı istisna edilmir.
 
Demokratik.Az
Oxşar xəbərlər