Gizli detallar yayıldı: Türkiyədə edam..

  • 22 avq 2016, 09:29

Türkiyənin Baş naziri Binəli Yıldırımla yunan həmkarı Aleksis Tsipras arasında baş tutan telefon danışığının bəzi detalları mediaya sızıb.

 

Demokratik.Az bildirir ki, telefon danışığında 15 iyul dövlət çevrilişinə cəhddən sonra Yunanıstana qaçan 8 hərbçinin ekstradisiyası, Türkiyədə edam cəzasının yenidən tətbiq edilməsi məsələləri müzakirə olunub.

Tsipras hərbçilərin qaytarılması zamanı ölkəsinin beynəlxalq hüquq çərçivəsində addım atacağını deyib.

"Hökumətimizin edəcəyi tək şey, səlahiyyətləri çərçivəsində, hüquqi prosesin ən qısa müddətdə tamamlamasını təmin etməkdir. Əlbəttə siz suveren bir dövlətsiniz, ancaq ölüm cəzası ilə bağlı müzakirələr Avropadakı strategiyanıza ciddi problemlər yarada bilər”, - yunan baş nazir qeyd edib.

Yıldırım da öz növbəsində edam cəzasının yaxın gələcəkdə parlamentdə müzakirə edilməyəcəyini deyib.

 

Demokratik.Az

Oxşar xəbərlər