Mahaçqalada imam üstündə dava düşdü - Video

  • 22 iyun 2016, 17:22

Dağıstanın Mahaçqala şəhərində yerləşən müsəlmanların dini idarəsinin qarşısında yığışan mitinq üzvləri polislə toqquşmaya gedib.


Avropa.info xəbər verir ki, mitinqə Mahaçqala ətrafında yerləşən Şamxal qəsəbəsindən yüzlərlə adam gəlib. Onlar Şamxal məscidinin imamının dəyişdirilməsinə etiraz edirlər. 

Hadisə yerinə gələn polislər əhalini sakitləşdirmək və mitinqi dağıtmaq istəsələr də, bir neçə aksiyaçı polislə dava etməyə başlayıb. Polisə hücum edənlər polis bölməsinə aparılıb. 

Dini idarə imamın dəyişdirilməsini imam Biy-Murad hacı Ustarxanovdan şikayətlərin gəlməsi ilə izah edib. 

Məscidə yeni imam isə hələ ki, təyin olunmayıb.

 

Demokratik.Az

Oxşar xəbərlər