Petrosyanla Sarkisyan niyə görüşdü?

  • 09 apr 2016, 21:03

Bu gün Ermənistan prezidenti Serj Sarkisyan ölkənin birinci prezidenti Levon Ter-Petrosyanla görüşüb. Görüş Petrosyanın təşəbbüsü ilə onun evində baş tutub.

NEWS.am saytının məlumatına görə, iki saat davam edən görüşdə cəbhə xəttində hərbi əməliyyatlar və danışıqlar prosesinin gözlənilən inkişafı müzakirə olunub.

Xatırladaq ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan 1997-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı, Azərbaycanla "mərhələli sülh" sazişi imzalanmasına razılıq vermişdi. "Mərhələli plan"a əsasən, Ermənistan silahlı qüvvələri əvvəlcə Dağlıq Qarabağ ətrafında yerləşən və işğal olunmuş rayonlardan geri çəkiləcəkdi, iki ölkə arasında kommunikasiya xətləri bərpa olunacaqdı. Daha sonra isə, Dağlıq Qarabağın statusuna dair müzakirələr başlamalı idi. Lakin Ermənistanda olan separatçı qüvvələr 1998-ci ilin sonunda Ter-Petrosyanı istefa verməyə məcbur etdilər və bu planın həyata keçirilməsi baş tutmadı.Ter-Petrosyan Ermənistana 1991-ci ildən rəhbərlik edirdi.

1999-cu ildə isə Levon Ter-Petrosyan hakimiyyəti Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və indiki dövlət başçısı Serj Sarkisyanın rəhbərliyi ilə devrildi.

Demokratik.Az

Oxşar xəbərlər